Sahurda sizi tox tutan və susuzluğu yatıran qidalar
Bölmə: Maraqlı › ,Tarix: 20:33 27.03.2024
Dietoloq Cemre Balkan sizi uzun müddət tox saxlayacaq, susuzlaşdırmayacaq qidalar haqqında məlumat verib. Cemre Balkan sahurda istehlak edilməli olan qidalardan tutmuş, iftarda istehlak ediləcək qidalara qədər məsləhətlərə toxunub, eyni zamanda yanlış təsəvvürlər barədə xəbərdarlıq edib.
YAĞLI VƏ DUZLU QİDALARDAN UZAQ OLUN
Sahurda yeyiləcək qidaların əhəmiyyətinə toxunan Cemre Balkan- “Qızıl qayda, normal vaxtlarda olduğu kimi oruc tutanda da kifayət qədər və balanslı qidalanmaqdır. Yemək seçərkən çox yağlı, çox duzlu və həddindən artıq şirin qidalardan uzaq durmaq lazımdır".
Əvəzində həzmi asan və uzun müddət mədə-bağırsaq sistemində qala bilən tərəvəz, meyvə və tam taxıl məhsullarına üstünlük verilməlidir. Sahur yeməyinizi mütləq yeyin. Sizi doyduran və susatmayan yeməklər seçin. “Yumurta, süd və süd məhsulları, tərəvəz və meyvələr, taxıl çörəyi və yağlı bitkiləri seçə bilərsiniz".
ÇOX ÇAY VƏ QƏHVƏ İSTEHLAKINDAN UZAQ OLUN
Qidalanma ilə yanaşı həzmi də asanlaşdıracaq fəaliyyətlər haqqında məlumat verən Balkan, “İftara şorba ilə başlamaq həzm sistemini rahatlaşdıracaq. Bir anda böyük porsiyalar yerinə iftardan sonra fasilələrlə kiçik porsiyalarla yeyin". İftarla sahur arasında tez-tez su için. Gündə 2-2,5 litr kifayət edəcək.
Süd, ayran, adi soda, təzə sıxılmış meyvə və tərəvəz şirələri, cökə və qızılgül kimi bitki çayları da maye ehtiyacınızı qarşılamağa kömək edir. Çay və qəhvə sidikqovucu olduğu üçün (sidik ifrazını sürətləndirir), bədəndən maye boşalmasına səbəb olur və bədəniniz bununla da susuzlaşa bilər. Ramazan ayında həddindən artıq çay və qəhvə istehlakından çəkinin.
Şirin qidalara ehtiyacınızı ilk növbədə meyvələrlə təmin etməyə çalışın. Çox tez-tez olmasa da, həddindən artıq şərbətli və yağlı desertlər yerinə; Südlü şirniyyatları, düyü pudinqi və ya dondurma seçə bilərsiniz. İftardan 1-2 saat sonra qısa məsafəyə gəzintilər etmək həzmi yaxşılaşdıracaq.
Mənbə: HaberTürk
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva