Rusiya ilə Qərb arasında müharibə: Müqəssir kimdir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:46 27.03.2024

TBMM sədri: Ukraynadakı münaqişə Rusiya ilə Qərb arasında müharibəyə çevrilə bilər.

 

Bu barədə “Anadolu” dövlət agentliyi Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş söyləyib.

 

Məsələni şərh edən politoloq Turan Rzayev "informator.az"a açıqlamasında bildirir ki, müharibənin əvvəlindən bu versiya aktual idi və bu gün də öz aktuallığını qoruyur:

 

"Lakin hazırda bunun gündəmə gəlməsi, Türkiyənin məsələyə fikir bildirməsinin hər biri, heç şühəsiz ki, yaxın günlərdə baş verən terror aktı ilə bağlıdır. Hadisəni törətməkdə isə Rusiya İtaliyanı müqəssir bilir ki, bu da Ukraynaya növbəti genişmiqyaslı hücum planlarının göstəricisidir. Bu zaman burada taktiki balistik raketlərdən, aşağı ölçülü nüvə silahlarından istifadə oluna bilər və belə olduqda, NATO-nun məsələyə müdaxilə imkanları daha çoxdur".

 

Münaqişənin hazır ki mərhələsinə gəlincə isə, politoloq sonda əlavə edir ki, Qərbin proseslərə daxil olması vəziyyəti çətinləşdirə bilər.

 

Aytac Kərimova