"Paşinyan "gözü çıxan qonşusundan" dərs çıxartmalıdır"-ŞƏRHÇİDƏN ETİRAZ

Bölmə: Siyasət › ,
Tarix: 21:06 28.03.2024

Qərbi Azərbaycan İcması Ermənistanı Fransanın oyunlarına getməməyə çağırıb. Fransanın bu siyasəti Ermənistan və digər dövlətlər arasında konflikt meydanına çevrilə bilərmi?

 

Bu barədə "İnformator.az" açıqlama verən siyasi analitik Kənan Novruzov bildirir ki, hazırda Cənubi Qafqazda Rusiya ilə kollektiv qərb arasında rəqabət gedir:

 

"Hər iki tərəf bu rəqabətdən qalib ayrılmaq üçün Cənubi Qafqazın ən zəif bəndi olan və asanlıqla təsir göstərə biləcəkləri oyunçudan- Ermənistandan istifadə edir. Fransa da kollektiv qərbin, eyni zamanda Avropa İttifaqının üzvü kimi proseslərdə fəal rol oynamağa çalışır. Son vaxtlar rəsmi Parislə rəsmi Bakı arasında münasibətlərin pozulması, Parisin özünü vasitəçi, neytiral aktor kimi göstərməyə çalışsada əslində faktiki olaraq Ermənistanı dəstəkləməsindən və Fransanın Ermənistan vasitəsi ilə özünün qamçı və kökə siyasətini həyata keçirməsindən qaynaqlanır. O, Ermənistanı şirnikləndirərək öz təsiri altına salır, sonra isə Ermənistana tapşırıqlar, detektivlər verməyə başlayır. Biz Fransanın qərəzini, faktiki olaraq heç bir işə yaramadığını 30 il ərzində Keçmiş MİNSK qrupunun həmsədri kimi Ermənistan Azərbaycan arasında münasibətlərin formalaşması, Azərbaycan torpaqlarının işğaldan azad olunması istiqamətində heç bir iş görmədiyi vaxt gördük".

 

Şərhçinin sözlərinə görə, baxmayaraq Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür, lakin o çox ciddi təsir imkanına malik olan oyunçudur:

 

"Amma o bunu etmədi, belə demək olar ki, "sinifdə qaldı". İndi Fransanın ümumiyyətlə kollektiv qərbin müxtəlif regionlarda o cümlədən şərqi Avropada yaxın şərqdə etdikləri göz qabağındadır. Faktiki olaraq o, təsir göstərə bildikləri dövlətlərdən istifadə edərək öz maraqlarının təmin olunmasına çalışır. Bir vaxtlar bunu Cənubi Qafqazda Gürcüstan vasitəsi ilə etməyə çalışırdı, indi isə Şərqi Avropada Ukrayna vasitəsilə etməyə çalışır. Və sonda Mixeil Saakaşvili hakimiyyətindən istifadə etdi. Amma bu gün onun taleyi Fransanı maraqlandırmır, bir müddətdən sonra Zelenskinin taleyi də maraqlandırmayacaq. Paşinyan bunlardan- "gözü çıxan qonşusundan" dərs çıxartmalıdır. Başa düşməlidir ki, Fransanın ipi ilə quyuya düşmək olmaz, əks halda işi bitəndən sonra nə Ermənistanın dövlətçiliyi, nə Paşinyanın taleyi, şəxsi təhlükəsizliyi, nə də siyasi hakimiyyəti Parisi düşündürməyəcək. Bu nöqteyi nəzərdən Fransa şübhəsiz ki, Cənubi Qafqazda yeni böhranlar, yeni xaoslar etməyə cəhd edir. Çünki o məhz xaoslarla özünün regiondakı iştirakını təmin edə bilər. Böhran olmasa, sular durulsa, sülh müqaviləsi imzalansa, heç bir vasitəçiliyə ehtiyac olmayacaq. Bu mənada Fransa bütün imkanlarla Ermənistanı despotiv mövqeyə cəlb edir, amma Paşinyan hakimiyyətində ağıllı davranmalıdır. Başa düşməlidir ki, Ermənistanın dövlətçiliyi ancaq regional əməkdaşlıqdan, o cümlədən Azərbaycanla sülh müqaviləsindən keçir".

 

 

Banuçiçək Kalbalıyeva