NATO-ya üzv ölkələrin nümayəndələri ilə iclas: Hansı məqamlara toxunulacaq?

Bölmə: Siyasət › ,
Tarix: 23:27 03.04.2024

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 2024-cü ilin ilk iclası ilə əlaqədar 3-4 aprel tarixlərində Belçikanın paytaxtı Brüsseldə bir araya gələcək. İclasda Türkiyəni xarici işlər naziri Hakan Fidan təmsil edəcək.

 

İclasda hansı məsələlərə toxunulacaq?

 

Bu barədə politoloq Turan Rzayev "informator.az"a açıqlamasında bildirib ki, Türkiyə Xarici işlər naziri Hakan Fidanın Brüsselə səfəri NATO-nun xarici işlər naziri ilə olan görüşlə bağlıdır:

 

"Bu tədbir hər il keçirilir və burada onlar biraraya gələrək, ümumi maraqlar çərçivəsində hazırki və gələcək perspektivdəki hədəflər müəyyən edilib, üzv ölkələrin narahat edən məqamlara toxunurlar. İndiki məqamda, şübhəsiz ki, Türkiyənin NATO üçün əhəmiyyəti olduqca vacibdir. Belə ki, Türkiyə həm Qara dəniz baxımından Rusiya-Ukrayna müharibəsinə ən neytral yanaşan ölkələrdən biridir bundan əlavə, Cənubi Qafqaz məsələsi var ki, hazırda da Ermənistan-Azərbaycan müəyyən bir gərginliklər mövcuddur, bununla bağlı bir sıra danışıqlar aparılır və Türkiyə də prosesin bir tərəfidir".

 

Politoloq qeyd edib ki, Türkiyə NATO-nun cənub sərhədlərinin qorunmasında mühüm ölkələrdən biridir:

 

"Yəni həm Rusiya-Ermənistan,həm də Azərbaycan bu baxımdan Hakan Fidanın görüşdə iştirak etməsinə maraqlıdırlar. Bir diqqət çəkən detal da ondan ibarətdir ki, görüş öncəsi Hakan Fidan ilə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutdu və burada da Rusiya-Ukrayna,Qara dəniz kimi məsələlər öz əksini tapdı".

 

Aytac Kərimova