"Müharibəni Ermənistan deyil, onu təhrik edən qüvvələr istəyir"-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 23:45 03.04.2024
Erməni deputat: Ovik Ağazaryan bildirib ki, biz ikinci Qarabağ müharibəsindən sonra diz çökdük.
Deputatın sözlərini "informator.az"a şərh edən politoloq Cümşüd Nuriyev bildirib ki, əslində erməni deputatının dediyində yeni bir şey yoxdur:
"Çünki Azərbaycan Prezidenti dəfələrlə elan edib ki, ikinci Qarabağ müharibəsindən sonra Ermənistan bir dövlət kimi diz çöküb. Ordusu darmadağın olub, iqtisadiyyat çöküb və təkcə hərbi ideoloji-siyasi sahədə deyil, bütün sahələrdə məğlubiyyətə düçar olub. Hazırda da Ermənistanda N.Paşinyanın müxalifət qüvvələri onu istəmir, məhz ona görə də Ovik Ağazaryan bunu boş yerinə söyləməyib. Erməni deputatı hazırda Ermənistanla bağlı olan həqiqətləri deyib və təbii ki də, bu həqiqətlər Ermənistan üçün sərf edən həqiqətlər deyil və öz məğlubiyyətlərin qəbul etmək məcburiyyətindədirlər".
Politoloqun sözlərinə yeni müharibəni Ermənistan deyil, fars-rus tandemi, eyni zamanda Avropa İttifaqı və ABŞ tandemi istəyir:
"Həmin dövlətlərində maraqları var və bu maraqların üst-üstə düşməsi dörd super gücü bir araya gətirir. Burda əlavə olaraq Çinində maraqları var, çünki Çin də istəmir ki, Türk Dövlətləri Təşkilatı güclənsin. Xüsusilə, Azərbaycan-Türkiyə duetinə qarşı birləşiblər və məqsəd Azərbaycanı yeni bir müharibəyə cəlb etməkdir və Ağazaryanında fikirləri buna xidmət edir, təbii ki də, bu erməni xislətindən doğan bir şeydir. Ona görə də müharibəni Ermənistan deyil, onu təhrik edən qüvvələr istəyir. Doğrusu, inanmıram ki, Azərbaycan müharibəyə girsin, çünki belə bir şəraitdə bizə müharibə sərf etmir. Əgər belə bir addım atmış olsaq, Rusiya KTMT nizamnaməsinin dördüncü maddəsini istifadə edəcək, İran dəfələrlə bəyan edib ki, sərhədlərin pozulması qırmızı xəttdir, ona görə İran da öz məqsədlərinə uyğun hücum edəcək və Türkiyə-Pakistan bu işə qarışacaq.
Bu birmənalı şəkildə təkcə Azərbaycan-Ermənistan yox, ümumi bölgədə üçüncü dünya müharibəsinə səbəb olacaq və bu hadisələr də bunu göstərir ki, bölgədə hərtərəfli siyasi sabitliyi pozmaq üçün bütün addımlar hazırdır və atılır".
Mayıl Soltanov