Böyük miqyaslı müharibə ola bilərmi?-Açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 20:34 05.04.2024

İrana məxsus "Boeing"lərlə Ermənistana intensiv silah daşınır. 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq Samir Hümbətov bildirib ki, İranın Ermənistanı silahlandırma məsələsi bu günün məsələsi deyil, bu proses uzun müddətdir gedir:

"Təkcə İran deyil, Fransa, Hindistan və Yunanıstandan da silahlar daşınır. İran tək bu gün yox, İkinci Qarabağ Müharibəsində də Ermənistanı silahlandırırdı. Bu gün İran sürətli şəkildə Ermənistananı silahlandırmağı davam etdirir. İran isə açıqlama verir ki, bu silahlar müdafiə qabiliyyətini artırmaq ilə bağlıdır. Bir ölkənin müdafiə qabiliyyətinin qorunması üçün beynəlxalq birlik tərəfindən qəbul edilən əhali sayına görə normaları var və o normalara uyğun silahlanma aparıla bilər. Belə olan halda isə, Ermənistanın sürətli silahlandırılması, həmçinin tank əleyhinə raket silahlarının daşınması bölgədə gərginliyi artıran haldır".

Politoloqun sözlərinə görə, İranın Ermənistanı silahlandırması İslam dünyasına təssüf doğurur.

"Ermənistanın bu hərəkəti iki ölkə arasında münasibətlərin qırılmasına gətirib çıxaracaq. İranın bir tərəfdən Azərbaycanın səfirliyini bərpa etmək üçün addım atması və bir tərəfdən bu cür davranışı qəbul edilməzdir. İranın Ermənistanı silahlandırılması davam edir ki, bu da nəticədə Azərbaycan ya Ermənistanın sərhəddə qoşun yığmasına qarşı addım atmağa məcbur qalacaq, ya da böyük miqyaslı müharibə vəziyyəti yarana bilər. Müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və Ermənistanı silahlandıranların üzərinə düşəcək".

 

 

Asiman Hafizqızı