ABŞ İsrailə yeni mombaların verilməsini təsdiqləyib-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:27 05.04.2024

ABŞ minlərlə bombanın İsrailə təhvil verilməsini təsdiqləyib. Bu barədə “Röyters” Bayden administrasiyasına istinadla məlumat yayıb. Məlumata görə, paketə 200 kq-dan ağır olan MK-82, mindən çox kiçik diametrli bomba, eləcə də MK-80 bombaları üçün qoruyucular daxildir. Bildirilib ki, bombalar İsrailə 2025-ci ildən tez verilməyəcək. Bəs İsrailin ABŞ tərəfindən yeni silah sursat ilə tədarük nəyə hesablanıb?

 

Yaxın günlərdə ABŞ tərəfindən F-35 qırıcıların İsrailə verilməsi barədə qərarın qəbul edilməsi, paralel olaraq dəyəri 18 milyard dollar həcmində digər növ təyyarələrin tədarükü gündəmə gəlib. Bu tədarüklərlə bağlı sazişin imzalanması fonunda dəyəri milyardlarla ölçülən, çəkisi200 kq-dan ağır MK-82, mindən çox kiçik diametrli bomba, eləcə də MK-80 bombaları üçün qoruyucuların verilməsnin təsdiqi onu göstərir ki, İsrail və ABŞ arasında Rəfahda əməliyyatların keçirilməsi istiqmaətində narazılığa baxmsyaraq ABŞ İsrailə silah-sursat tədarükünü davam etdirməkdə qərarlıdır. Bu isə İsrailin Həmasla gedən müharibəsində yeni alovlanmaya səbəb ola bilər.

 

Siyasi şərhçi Rəşad Bayramovun sözlərinə görə, silah-sursatın çatdırılması, onsuz da, regionda gərgin olan vəziyyətin daha da gərginləşməsinə gətirib çıxaracaq:

 

"Çünki, İsrail həm bufer zonanın yaradılamsı istiümaətində, həm də, Rəfahda əməliyytaların keçirilməsi istiqamətində fikrində qətidir. Bu da əlavə sila-sursatla təmin olunmada ona bu imkanalr üçün yeni şərait açır. Yəni, indiyə qədər bəzi çatışmazlıqlar var idi. Xüsusən də İsrail ordusunda bununla bağlı fikir ayrılıqları var idisə silah-sursat çatışmazlığı ilə bağlı indi bu tədarük həyata keçiriləcəyi halda İsrail çox rahat şəkildə həm Qəzza zolağında, həm də Rəfah istiqamətində əməliyyatları intensivləşdirə biləcək".

 

Bəzi siyasi şərhçilər isə düşünür ki, yeni bombalarn verlməsinin İsrail-Həmas müharibəsi ilə əlaqəsi yoxdur. Bu bombaların verilməsi münaqişənin gedişatına təsir göstərməyəcək. Çünki, İrailin Həmasla döyüşmək üçün kifayət qədər silah-sursatı var. Bu silahlar regionda İsrailə düşmən olan bir çox dövlətin ona hücumunun qarşısını alamq üçün verilir. 30-40 il öncə regiondakı bütün ölkələr Rəsmi Təl-Əvivə düşmən idi. Amma, ABŞ-nin təşəbbüsü ilə ərəb dövlətlərinin bir hissəsində düşmənçilik minumuma düşüb . Amma, bölgədə İran başda olmaqla Suriya və Livan İsrailə düşmənçilik sərgiləyir.

 

Siyasi şərhçi Elşən Mustafayev qeyd edib ki, İsrail bu dövlətlərə qarşı özünü müdafiə etməsi üçün hərbi sənaye kompleksinin, hərbi sənaye potensialını gücləndirməsini vacib hesab edir:

 

"Müttəfiqi Amerika da bunu təmin edir. Burada bunu görürəm. Bunu Həmasla əlaqələndirmirəm. Həmasla müharibə etmək üçün onun kifayət qədər əlində silahları var. Həmasla müharibə etmək üçün ortamənzilli raketlərə ehtiyac yoxdu. Orada ancaq yüngül silahlardır. Dəqiq vurula bilən silahlardır, İsrailin öz istehsalı var".

 

Görünən odur ki, ABŞ Ukryanaya yardımaları davam etdirməyin fonunda İsrailin üzərindən də əlini çəkmir. Bu isə təkcə İsraili Həmasa qarşı gücləndirməyə deyil, regionda İsrailə təhdid yaradan ölkələrdən qorumağa hesablanıb.