Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən niyə çıxdı?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:39 05.04.2024

Türkiyə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədən çıxıb. Rəsmi Ankara aprelin 8 dən sonra sənədin heç bir müddialarına əməl etməyəcək. 

 

Türkiyəni bu müqavilədən çıxmağa nə vadar etdi ?

 

Məsələ ilə bağlı siyasi şərhçi Kazım Kazımov "informator.az"a açıqlama verib. O bildirib ki, 1990-cı ilin noyabr ayında adi silahların Avropada azaldılması ilə bağlı Sovet İttifaqının rəhbərlik etdiyi "Varşava" paktı ilə NATO üzvləri arasında bir anlaşma imzalanıb.

 

"Türkiyənin 1952-ci ildə NATO-da olduğunu nəzərə alsaq, Türkiyə də bu müqaviləni imzalayan tərəflərdən biri oldu. Müqaviləni müddəalarına əsasən, biz onu deyə bilərik ki, bu müqavilə adi silahların azalması da nəzərdə tutulub. Çünki, 1980-cı illərin sonları-1990-cı illərin əvvəlindəki siyasi situasiya baxdığımızda artıq biz rahatlıqla görürük ki, Sovet İttifaqı da, ABŞ da soyuq müharibədən yorulmuşdu və Həm Sovet İttifaq, həm ABŞ, həm də NATO və Varşava paktı üzvü olan ölkələr çox ciddi şəkildə silahlanmağa pul ayırırdılar. Bu silahlanmağa ayırılan pullar əslində əhalinin sosial rifahına yönəldiləcək pullar idi ki, bu əhalinin sosial rifahına, dövlətin iqtisadi inkişafına yönləndirə bilmirdilər. Ona görə də, 1980-cı illərin sonlarından ABŞ və Sovet İttifaqı arasındakı danışıqlarda əvvəl nüvə silahların azaldılması, daha sonra balistik raketlərin, hətta orta mənzil raketlərin azaldılması ilə bağlı müqavilələr, daha böyük problem öz həllinə qovuşduqdan sonra artıq adi silahların da azaldılması nəzərdə tutan müqavilə imzalanmışdı. Bu müqavilənin imzalanmasından sonra ölkələr, xüsusilə, sərhəd bölgələrində tank, top, hücum helikopterləri və digər konvensional silahlar azaldılmasına başladılar. Lakin, 1990-cı ildən sonra, təəssüflər olsun ki, hərbi münaqişələr getdikcə artdı.

Sovet İttifaqının dağılmasının ardından bölgədə münaqişə ocaqları alovlanmağa başladı".

 

 

Şərhçinin sözlərinə görə, Türkiyənin bu müqavilədən çəkilməsinin bir çox səbəbləri var:

 

"İlk olaraq Türkiyəyə qarşı bu gün beynəlxalq aləmdə heç də dostcasına olmayan davranışlar sərgilənir. Terror Təşkilatı olan PKK-nın Suriyadakı qolu YPG, İraqdakı qolu Türkiyəyə qarşı bu gün qərbdən açıq bir şəkildə dəstək alır. Bundan əlavə, Yunanistanda bu gün sürətlə silahlanma gedir. Bu silahlanmada qərb yenə açıq şəkildə dəstək verir. Şərqi Aralıq dənizində Türkiyə haqqları demək olar ki, görməzdən gəlinir. Egey dənizindəki adalar silahlanması qadağan olduğu halda silahlandırılır. Yunanistanın xüsusən də Dədəağac dediyimiz bazasında çox ciddi şəkildə konvensiyanal silahlar artırılır. Belə olan təqdirdə biz bilirik ki, bu gün Serbiyada, xüsusən, Balkan bölgəsində yenə münaqişə ocağları getdikcə yüksəlir.

 

Qara dənizdə Rusiya ilə Ukrayna arasında müharibə getdikcə şiddətlənir. İraqda hələ bir neçə ay əvvəl türk əsgəri şəhid oldu. Belə təqdirdə belə bir Qəzza-Fələstin və İsrail arasında döyüşlərin davam etməsi də Türkiyəni yaxından narahat edir. Buna görə də Türkiyə də onsuz da bu gün konvensiyanal silahlar bağlı demək olar ki, NATO ölkələri onu həyata keçirmirlər. Türkiyə də belə olan halda bütün bu faktları göz önündə alaraq bu gün çəkilmək qərarı aldı".

 

 

Mayıl Soltanov