"İranın etdiyi nə qonşuluq münasibətlərinə, nə də beynəlxalq qaydalara uyğundur"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 23:38 05.04.2024

İrana məxsus “Boeing”lərlə Ermənistana intensiv silah daşınır.

Bu barədə məlumat “MaidenTower” “Telegram” kanalında yayımlanıb.

 

Bu, dövlətlərarası münasibətlərə necə təsir göstərəcək?

 

Məsələ ilə bağlı politoloq Azad Məsiyev "informator.az"a açıqlamasında bildirir ki, Ermənistanın baş naziri Paşinyanı ABŞ gətirib və o onun maraq dairəsinə uyğun siyasət yürüdür:

 

"İran isə birləşmiş Ştatların hədəfindədir. Məhz elə bu baxımdan da bu siyasət Ermənistan üzərindən həyata keçirilməkdədir. Bildiyimiz kimi,Paşinyan açıq şəkildə Qərbin Cənubi Qafqaza daxil olmasında maraqlıdır və burada ABŞ, qərbdə olan dəstəkçiləri onu hər bir baxımdan himayə edirlər. ABŞ-ın Ermənistandakı səfirliyində mindən çox şəxs fəaliyyət göstərir. Bu şəxslər arasında qarşı tərəflə bağlı müəyyən kəşfiyyat pozucu işlər də həyata keçirilir. Ümumiyyətlə, Ermənistanda Paşinyan hakimiyyətinin olması Cənubi Qafqaz Respublikaları ilə yanaşı, region dövlətlərinin də təhlükəsizliyinə xələl gətirir. Lakin onun uzun müddət hakimiyyətdə qalması üçün silah-sursat verərək,onu gücləndirirlər".

 

Baş verən bu hadisələrə gəlincə isə, politoloq qeyd edir ki, bunların hər birini İran görür və gördüyü halda, onun silahlanmasına rəvac verir:

 

"Eləcə də bu, onun özünə,təhlükəsizliyinə xələl gətirir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı fikirlər bildirmədiyi halda, indi qarşı tərəfə olan bu tip addım nə qonşuluq münasibətlərinə, nə də beynəlxalq qaydalara uyğundur".

 

Aytac Kərimova