"İsrailə silah satışı dayandırılmalıdır" - BMT İnsan Haqları Şurası qərar verdi

Bölmə: Siyasət › ,
Tarix: 21:30 06.04.2024

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası mümkün müharibə cinayətlərinə görə İsrailin məsuliyyət daşıması barədə qərar çıxarıb. Qərara görə, 28 ölkə" hə", ABŞ və Almaniya da daxil olmaqla, 6 ölkə "yox" deyib. O, həmçinin İsrailə silah satışının dayandırmaq qərarına gəlib.

 

İsrail qərarı təhrif olunmuş kimi şərh edib. O, qərarın "insan haqları şurası prosesinə ləkə" olduğunu müdafiə edib. ABŞ isə HƏMAS-ın terror olaraq qeyd edilmədiyi üçün "yox" səs verdiyini bildirib. Reaksiyalara baxmayaraq, qərar alqışlarla qəbul edilib.

 

Şura həmçinin İsrailin qeyri-qanuni məskunlaşma siyasəti ilə əlaqəli olan Qolan təpələrində israillilərin məskunlaşmasının dayandırılmasının lazım olduğunu açıqlayıb. Xatırladılıb ki, İsrail 1997-ci ildə razılaşdırılmış sərhədlərə qayıtmalıdır.

 

İlahə Həsənova