"Bu təxribatlar cəmiyyəti gələcək savaşa hazırlamaq məqsədi güdür"

Bölmə: Siyasət › ,
Tarix: 21:05 09.04.2024

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.


Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, ordumuzun bölmələri qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Bu barədə politoloq Oqtay Qasımov"informator.az"a açıqlamasında bildirib ki, Ermənistan təxribatlara əl atmaqda bir neçə məqsəd güdür. Bunlardan birincisi odur ki, Ermənistan göstərmək istəyir ki, Azərbaycandan hansısa təhdidlər var:

 

"Azərbaycanı vadar etmək istəyir ki, bu təxribatlara hansısa cavablar versin və bunu üzərindən anti-Azərbaycan kompaniyasını davam etdirsin və göstərməyə çalışsın ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünə, təhlükəsizliyinə təhdid yaradır.

Eyni zamanda Rusiyanı o cümlədən KTMT-ni ittiham etsin ki, siz öz üzərinizə düşən öhdəlikləri yerinə yetirmirsiz və bizim təhlükəsizliyimizə zəmanət vermədiyiniz üçün biz də təhlükəsizlik zəmanətimizi Qərbdə axtarmaq məcburiyyətindəyik.
Bu təxribatlar cəmiyyəti gələcək savaşa hazırlamaq məqsədi güdür. Eyni zamanda Fransa, Hindistan, Yunanıstandan aldıqları silahları sınaqdan keçirmək istəyirlər.

Burda tək Qərbin sifarişi məsələsi deyil. Burada Rusiyada maraqlı ola bilər, çünki müəyyən qədər gərginliyin olması Rusiyaya sərf edir. Əlbəttə ki, özünün nəzarət edə biləcəyi hədd daxilində. Burada çox maraqlar var".

 

Politoloq əlavə olaraq bildirib ki, indiki vəziyyətdə böyük dəyişiklik gözlənilən deyil:

 

"Azərbaycanın qarşısında duran əsas məsələ mümkün qədər təmkinli olmaqla 4 kəndi geri qaytarmaqdır.
Azərbaycan hərbi əməliyyatlar keçirmək istəmir. Əgər bu təxribatlar Azərbaycanın təhlükəsizliyinə ciddi şəkildə təhdid yaradarsa və Ermənistan üzərinə götürdüyü bir çox öhdəlikləri xüsusilə 4 kəndin qaytarılması ilə bağlı məsələni yubadacaqsa, o zaman hansına hərbi tədbir keçirilə bilər".

 

 

 

Vüqar Alışov