"Şimali Kipr Türkiyəyə birləşdirilməlidir"-RƏY
Bölmə: Siyasət › ,Tarix: 21:36 18.04.2024
Avropa İttifaqı Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində strateji marağa malik olduğunu və bu kontekstdə Kipr danışıqlarının bərpasına “böyük əhəmiyyət” verdiyini bəyan edib.
Danışıqlar baş tutarsa, məsələ həll yolunu tapacaqmı?
Bu barədə "İnformator.az"a açıqlama verən politoloq Əhəd Məmmədli Kipr danışıqlarının əhəmiyyətindən söz açıb:
"Türkiyədə referendum keçiriləndə Kipr və türklər birləşək üçün səs verdilər. Lakin yunanlar bundan imtina etdilər. Türk və Kipr icması bundan o tərəfə güzəştə gedə bilərmi?
İstəyirlər ki, Kiprdə türklər güzəştə getsin və ya Türkiyə özü güzəştə getsin. Danışıqlar adı ilə 30 ildə Qarabağ məsələsində bizim başımızı aldatdılar indi də eyni proses 1970- ci illərdən Kipr yarımadasında gedir. Türkiyə artıq siyasi iradə qoyub referendum keçirərək Şimali Kipri birləşdirmə qərarı almalıdr. Yəni "oyun oynamaq" vaxtı deyil. Şimali Kipr Türk Cümhuriyyəti Türkiyədən aslı bir qrumdur. Düzdür Türkiyə onu tanıyandan sonra özünün ərazisi kimi qəbul etsədə heç kim tanımayacaq. Amma bir az müddət keçəndən sonra tanımağa məcbur olacaqlar".
Politoloq Tayvanın Çini vaxtı ilə təmsil etməsi ilə hazırkı məsələni qarşılaşdırıb:
"Məsəl üçün Mao Tszedun Çində hakimiyyətə gələndən sonra BMT- də neçə il Çini Çan Kayşi yəni Tayvan təmsil edirdi. Sonra gördülər ki, artıq Çində kommunist reallığı var. Və onların başqa yolları qalmadı, Çini tanıdılar. Burada olduğu kimi reallıqları gec- tez hamı qəbul edir və edəcək. Türkiyə də artıq bu məsələdə bütün danışıqları buraxmalıdır, Avropada Birliyinə daxil olma müraciətlərinə rəsmi son qoymalıdır. Türkiyə deməlidir ki, biz bu danışıqlara son qoyduq".
Ermənistanın belə AİB- ə qəbulunun danışıldığı vaxta Türkiyənin kənarda saxlanılmasının "ayıb" olduğunu bildirən politoloq qeyd edib ki, bu "oyunbazlıq" qurtarmalıdır:
"Avropanın oyunlarından artıq bütün dünya bezib. Demirəm ki, dünyanın o biri hissəsi mələkdir, xeyr. Amma Qərb kimi iki üzlü, riyakar, insan dəyərləri şüarları altında gizlənən dünyada ikinci başqa bir qrum tanımıram. Ona görə də Şimali Kipr Türkiyəyə birləşdirilməlidir. Referendum keçirilməlidir, sonra Şimali Kiprı Türkiyənin ərazisi kimi Azərbaycan və digər Türk dövlətləri, Qətər, Pakistan, Əfqənistan tanımalıdır. Artıq bu yöndə Türkiyə Xarici siyasətini gücləndirməlidir. Ən yaxın ölkələrin bu məsələdə onun yanında olmasına nail olmalıdır".
Banuçiçək Kalbalıyeva