Yeni Kaledoniya müstəqillik əldə edəcək?-Politoloq RƏYİ
Bölmə: Siyasət › ,Tarix: 23:25 18.04.2024
Səməd Seyidov: Yeni Kaledoniyanın müstəqilliyini əldə edəcəyinə inanırıq.
Bunu Milli Məclisin deputatı Səməd Seyidov “Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransa çıxışı zamanı bildirib.
Səməd Seyidovun fikirlərini "informator.az"a şərh edən politoloq Azad Məsiyev bildirib ki, Azərbaycan xarici siyasətdə beynəlxalq hüquq prinsiplərini hər zaman əsas meyar olaraq görür:
"Ümumiyyətlə xarici doktrinasında qoşulmama hərəkatına üzv olduğuna görə hər hansı hərbi bloka qoşulmur, güc mərkəzlərinin təsir dairəsində deyil. Azərbaycan xarici siyasətində müstəqildir və 44 günlük savaşdan sonra Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa etdikdən sonra bir daha xarici siyasətində beynəlxalq hüquq prinsiplərini meyar tutur. Bu baxımdan Yeni Kaledoniya ilə əməkdaşlığımız bizim beynəlxalq hüquq prinsiplərinə söykənir və hər bir xalqın öz müqddəratını təyin etmə hüququ var və bu hüquqdanda Kaledoniya xalqının istifadə etmək haqqı var. Bundan başqa Azərbaycan beynəlxalq aləmdə özünə dost və tərəfdaş toplamaq haqqına malikdir və bundan da istifadə edir".
Politoloq hesab edir ki, Azərbaycan həm insan haqlarına, həmdə demokratik dəyərlər prinsipinə görə Kaledoniya xalqının azadlığını müdafiə etmək və onların hüquqlarını dəstəkləmək, Azərbaycan xalqının və dövlətinin iradəsini təmsil edir:
"Azərbaycanın Kaledoniya ilə əməkdaşlığı beynəlxalq aləmdə Azərbaycanın tərəfdaşlarının genişlənməsinə gətirib çıxara bilər və bu həm siyasi, həm mədəni sahədə əməkdaşlığın genişlənməsinə gətirib çıxara bilər. Kaledoniya xalqının öz müqəddəratını təyin etmək hüququ var və bu beynəlxalq aləmdə BMT tərəfindən qəbul edilən prinsipdir və bu hüquqdan istifadə edərsə, Azərbaycan da Kaledoniya xalqının müstəqilliyini tanımaq haqqına malikdir. Bizim ikitərəfli əməkdaşlığımız ümumi iki dövlət arasında dostluq və əməkdaşlığın inkişafına gətirib çıxarda bilər və Azərbaycanın bir daha beynəlxalq aləmdə həm dostlarının, həmdə tərəfdaşlarının artmasına səbəb ola bilər".
Tehran Yusifli