"Hazırda müharibənin başlaması inandırıcı deyil..."-Sahil Kərimli
Bölmə: Siyasət › ,Tarix: 16:49 19.04.2024
İranın İsfahan şəhərində partlayış səsləri eşidilib. Hava Hücumundan Müdafiə sistemi işə düşüb. Qərb mediası İsrailin İranın bəzi hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli "informator.az"a öz fikirlərini bildirib. Son günlər İran-İsrail arasında çox ciddi gərginlik yaşanır:
"İran İsrailin ərazisini bombardıman etdi və daha sonra İsrailin İrana qarşı cavab tədbirlərini etdiyini gördük. Bu proseslər iki dövlət arasında açıq müharibəyə gətirib çıxara bilməz. Ola bilər ki, bir müddət sonra müharibə olsun. Hazırda müharibənin başlaması inandırıcı deyil. Amma hər bir halda iki dövlət arasında gərginlik qalmaqdadır.
Uzun illərdir ki, hər iki dövlət bir-birinə qarşı düşmənçilik hissi bəsləyirlər.
Əgər bir müharibə ssenarisi olarsa, Azərbaycan və Türkiyənin mövqeyi müəyyən qədər fərqli olacaq. Azərbaycan və Türkiyə regionda hər hansısa bir müharibənin başlamasında maraqlı deyil. Hər iki dövlət sabitliyin,sülhün,rifahın tərəfində olub".
Politoloq əlavə edib ki, İran dövləti heç bir zaman digər İslam dövlətlərinin siyasi məsələlərində həmrəylik göstərməyib, dəstək verməyib.
"Ən əsasda 30 il bizim ərazilərimiz işğal altında saxlanıldı. İran Ermənistana qarşı nəinki sərt reaksiya, əksinə Ermənistanı dəstəkləyib. Amma digər İslam dövlətləri İrana dəstək verilməsi gözlənilir.
Açıq hərbi əməliyyatlar başlayarsa, Azərbaycan həm bir qonşu olaraq, həm də İrandakı azərbaycanlıları nəzərə alsaq heç də arzu olunan bir hal deyil".
Vüqar Alışov