Fransadan iki üzlü siyasət: erməni sevgisi yoxsa itirdiklərini əvəz etmək arzusu?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:30 19.04.2024

Fransa dənizaşırı departamenti adı altında müstəmləkə siyasəti aparır.

 

Bəs Fransanı bu siyasəti aparmaqda məqsədi nədir ?

 

Məsələ ilə bağlı politoloq Natiq Miri "informator.az"a açıqlama verib. O bildirib ki, Fransa bir çox qərb ölkələri kimi əsrlər boyu müstəmləkə siyasəti yürüdüb:

 

"Dünyanın müxtəlif regionlarında xalqları, dövlətləri öz müstəmləkəsinə çevirməklə bütün yeraltı, yerüstü faydalı qazıntılarını birtərəfli qaydada mənimsəyib. Fransanın bu günə gəlməsi məhz bu dövlət və xalqların sayəsindədir. Buna görə də indi Fransa tədricən öz müstəmləkə dairəsini getdikcə itirməkdədir. Biz bunun son akortlarını Afrika qitəsində gördük ki, 4 Afrika ölkəsi Fransanın həmin ölkələrədə mövcud olan ordularını çıxardılması ilə bağlı qərar qəbul etdi. Fransa Afrikadan qovulmuş olsa, belə bu siyasətini davam etdirir. Ona görə də, dənizaşırı adı altında müstəmləkə siyasətini yürüdür. Xüsusilə də dənizlərlə həmsərhəd olan ərazilər Fransa üçün çox cəlbedicidir. Çünki, bu gün yüklərin daşınması ilə bağlı çox ciddi problemlər var. Dənizlə ticarət yüklərinin daşınması ucuz başa gəldiyi üçün daha çox maraqlıdır". 

 

Politoloqun sözlərinə görə, Fransa hər zaman dənizlə həmsərhəd olan kiçik, zəif ölkələri öz müstəmləkəsinə almaq siyasətini aparıb və bu gün də dəyişən bir şey yoxdur:

 

"Bütün bunların altında bir də insan haqqlarının qorunması və demokratiya adı altında, guya, bütün dünyaya örnək olacaq bir demokratik rejim görüntüsü yaradılır. Bu riyakarlıq, iki üzlülük siyasəti bütün qərb dünyasına, xüsusilə də, Fransaya məxsusdur. Bu gün Fransanın Cənubi Qafqaz siyasəti, Azərbaycana yönəlmiş siyasəti də bu müstəmləkə siyasətinin tərkib hissəsidir. Dolayısı ilə erməni sevgisi adı altında əslində Afrika qitəsində itirdiklərini Cənubi Qafqazda kondensasiya etmək istəyirlər".

 

 

Mayıl Soltanov