"Son baş verənlər müharibə yox, oyundur"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:09 19.04.2024

"G7 ölkələri İsraili Qəzza zolağına humanitar yardım göstərməyə çağırır və bu istiqamətdə nəticələr görəcəklərinə ümid edir".

 

Bunu ABŞ- nin dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN başçılarının İtaliyanın Kapri adasında keçirdiyi görüşdən sonra bildirib.

 

Antoni Blinken bu sözləri ilə ABŞ- nin İsrailin yanında olduğunu sübut edib. ABŞ- nin məqsədyönlü siyasəti bu üç dövlətin münasibətlərinə necə təsir edəcəyi maraq doğurub.

 

 Siyasi şərhçi Asif Nərimanlı "İnformator.az"a açıqlamasında ABŞ- nin İsraili dəstəkləsə də Qəzza müharibəsinə fərqli yanaşdığına diqqət çəkib. 

 

"Vaşinqton hazırda İsrailin həyata keçirdiyi müharibə siyasətinin bu formada olmasını dəstəkləmir. O əsasən ikili dövlət prinsipindən çıxış edir. İsrail dövlətidə hesab edir ki, ikili dövlət siyasəti onların ziyanınadır. Bu məsələdə Vaşinqton və İsrail arasında fikir ayrılığı var. Ona görədə ABŞ- nin bir başa müharibəyə qoşulacağını hesab etmək olmaz. İran İsrail arasında müharibə olarsa son proseslərə əsasən ABŞ İsrailin yanında yer alacaq. Bir məsələni qeyd etmək lazımdır ki, İsrail İran arasında baş verənlər müharibədən daha çox bir oyun hesab edilə bilər. İsrailə İranın hücumunu əvvəlcədən ABŞ məlumat vermişdi. Bu, Əvvəlcədən razılaşdırılmış oyun idi. İran bu hücumla öz imicini bərpa etməyə çalışdı. Çünki 2020- dən sonrakı dövrdə İran üzərinə endirilən zərbələrdən heç birinə cavab verməmişdi".

 

İranın Dəməşqdəki konsulluğuna vurulan zərbədən söhbət açan siyasi şərhçi qeyd edib ki, İran məcbur idi ki, birbaşa İsrailə hər hansı bir formada cavab versin. 

 

"İran ABŞ- ı məlumatlandıraraq həm də ABŞ- nin hazırlığı ilə İsrailə belə bir dırnaq arası hücum etdi. Bunun bir önəmi olmadı çünki əvvəlcədən qarşısını aldılar. Bununla ABŞ İran- İsrail gərginliyinin artmasından faydalanaraq öz mövcudluğunu siyasi tərəfdən artırdı. B.Netanyahu hakimiyyəti bundan daxildən güclənmək üçün istifadə etdi. Həmçinin Qərb ölkələrinin tərəfdaşları da göstərdi ki, İran təhlükəsizliyi realdır.

Bu fondan baxanda son baş verənlərin müharibə yox müəyyən oyun adlandırmaq olar. Amma bütün bunları Qəzza müharibəsindən ayrı düşünmək lazımdır. 

 

İran nə qədər Qəzza məsələsində İsrailə qarşı çıxsa da faktiki heç bir müstəvidə addım atmır. Bu baş verənlər isə müəyyən bir gərginlik dövrüdür. Gələcək dövrlərdə də bu cür hər iki tərəfin marağına aid, ciddi ziyanın dəymədiyi görüntülər yaradılacaq".

 

Banuçiçək Kalbalıyeva