Dəbdən düşən erməni iddiaları: Ermənistan nə istəyir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:06 23.04.2024
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkək jurnalistlərin qondarma "erməni soyqırımı" ilə bağlı sualına cavab verərək bildirib ki, fürsət qapıları həmişə açıq olmur.
Türkiyə Prezidentinin cavabını politoloq Cümşüd Nuriyev "informator.az"a şərh edib. O bildirib ki, Erməni soyqırımı ilə bağlı ermənilərin iddiaları artıq kifayət qədər dəbdən düşüb:
"Xüsusilə, Azərbaycan ordusu ikinci Qarabağ müharibəsində Ermənistan ordusunu məğlub etdikdən sonra onların 100 illərlə yığdıqları "Dividendlər" sürətlə əriyib kül olur. Bunu da nəzərə almalıyıq ki, Ermənistanın nə əvvəlki gücü var, nə də onu müdafiə edən əvvəlki qüvvələr. Ermənistan Rusiyanın maraqlarına xidmət etmədiyi üçün ən böyük qüvvəsini itirib, bu da Ermənistanın daha da zəifləməsi üçün əsas səbəb qaynağıdır. Türkiyənin Ermənistanla sərhədə artilleriya və minaatan qurğularını yığması məsələsinə gəldikdə isə bu ermənilərin daha çox şişirtməsidir. Çünki hər bir dövlətin hərbi taktikası var və ona uyğun hərəkət edir".
Politoloq "Ermənistan elə güclü dövlətdir ki, Türkiyə sərhədə artilleriya qurğuları yerləşdirir" fikrinin gülməli olduğunu hesab edir:
"Hər bir dövlət öz təhlükəsizliyin təmin edir. Sadəcə, Ermənistan ərazi iddialarından əl çəkməlidir. Cənab Prezident İlham Əliyevin dünən Moskvaya səfəri Azərbaycanla sülh münasibətlərinin yüksək səviyyədə olduğunu bəyan edir.
Bu şəraitin Ermənistan üçün şansı yoxdur. Ermənistan əgər dövlət kimi qalmaq istəyirsə, həm Azərbaycan prezidenti, həm də Türkiyə prezidentinin təkliflərini qəbul etməlidir".
Mayıl Soltanov