"Slovakiyanın baş nazirinin İlham Əliyev haqqında dediyi sözlər…"-Deputatdan AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 22:16 08.05.2024

Slovakiyanın baş naziri Robert Fitson ölkəmizə rəsmi səfər edib. 

 

Rəsmi səfər çərçivəsində hansı məsələlər müzakirə olunub? Səfər hər iki ölkə üçün nələri vəd edir?

 

Bu barədə “informator.az”a açıqlamasında deputat Musa Qasımlı bildirir ki, Slovakiyanın baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri, Prezident İlham Əliyevlə keçirilən danışıqlar, imzalanan sənədlər böyük əhəmiyyət daşıyır:

 

“İlk növbədə qarşılıqlı münasibətlər strateji tərəşdaşlıq səviyyəsinə qaldırılıb. Bu isə iki ölkə arasındakı əməkdaşlıqda yeni səhifənin açılmasıdır. Enerji sahəsində əməkdaşlığa dair məsələlərin müzakirəsində qəbul edilən qərarlar vacibdir. Slovakiya Azərbaycan qazını alacaq doqquzuncu ölkə olacaq. Bu da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırır və qitə siyasətində yerini möhkəmləndirir. Ən vacib məsələlərdən biri baş nazirin Cənab İlham Əliyev haqqında dediyi sözlərdir ki, bununla da millətimiz fəxr edə bilər. Belə ki, baş nazirin Cənab Prezidentin Azərbaycanda müstəqil xarici siyasət yeritdiyini, beynəlxalq hüququ qoruduğunu söyləməsi əhəmiyyətlidir. Bu səfər bir daha göstərir ki, Azərbaycan öz dövlət maraqlarının yanındadır, heç bir ölkə və ölkələr qrupunun yanında yer almayıb. Cənab Prezidentin yeritdiyi siyasətin məqsədi Azərbaycanla dost ölkələrin sayının artırılmasıdır. Buna da uğurla nail olub”. 

 

Gülnisə Əfkari