"Dəstədən geridə qalmamaq üçün Şuşaya səfər etdilər"

Bölmə: Siyasət › ,
Tarix: 23:38 08.05.2024

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi xanımı Danusia Libbi ilə birlikdə Şuşaya gedib.


Mark Libby Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.


Mövzu ilə bağlı "informator.az"a açıqlama verən politoloq Tural İrfan bildirib ki, Qarabağ münaqişəsinin həlli və Azərbaycanın qələbəsi bir çox Qərb dövlətlərini narahat etdi:


"Ona görə ki, onlar bu məsələdən, yəni münaqişənin mövcud olmasından öz maraqları naminə maksimum yararlanırdılar. Artıq problem həll olunub münaqişə bitdikdən sonra məhz o maraqlı güclərin də balansı pozuldu. Bu məsələy ABŞ da ikili standartlarla yanaşırdı. Ermənistan - Azərbaycan arasındakı problemin həlli, hətta sülhə doğru inkişaf ABŞ - da qısqanclıq yaradır. Çünki böyük güclər münaqişələrin davam etməsini, yaxud həll olunmasını ancaq özlərinin maraqları çərçivəsində davam etməsini ya da həll olunmasını istəyirlər. ABŞ-nın Azərbaycandakı səfirliyi və bəzi digər Qərb ölkələrinin rəsmiləri də Qarabağa səfər etməkdə tələsmirdilər ona görə ki, ola bilsin problemi yenidən qızışdırmağa nail olmağa, Ermənistanın revanş edib vəziyyəti bəlkə dəyişə biləcəyini ehtimal edirdilər. Lakin sərhəd məsələlərinin delimitasiya prosesinə başlanılıb, ermənilərlə sülh müqaviləsinə yaxınlaşıldığını gördükdə necə deyərlər dəstədən geridə qalmamaq üçün Şuşaya səfər etməyə qərar verdilər.


Politoloq əlavə edib ki, Azərbaycanın ABŞ ilə münasibətləri davam etməlidir, ancaq Azərbaycanın maraqları nəzərə alınmaqla:


"Reallığı həzm edə bilməsələr də qəbul etməyə məcburdurlar və Azərbaycanla əlaqələrin inkişafında bu vacib amildir. Artıq qələbəmizi, haqlı olduğumuzu, güclü olduğumuzu bu bir daha sübut etdi. Səfirin Şuşaya səfəri təbii ki, rəsmi Vaşinqtonun göstərişi ilədir və bununla da ABŞ Azərbaycanın bölgədə və dünyada həlledici gücə, siyasətə sahib olduğunu qəbul etmiş oldu. Ümid etmək olar ki, Azərbaycan və ABŞ arasında münasibətlərin normal şəraitdə davam edəcək".

 

Vüqar Alışov