Paşinyan hakimiyyətdən gedəcək? -Politoloqdan açıqlama

Bölmə: Siyasət › ,
Tarix: 14:08 14.05.2024

İrəvanda etiraz aksiyaları yenidən başlayıb və saxlanılanlar var. Etiraz aksiyaları Paşinyanı hakimiyyətdən göndərmək məqsədi daşıyır. 

Bu mövzu ilə bağlı politoloq Tural İsmayılov "İnformator.az"a açılmasında bildirib ki, bu gün Ermənistanda Paşinyana qarşı çox ciddi hərəkətlənmə var:

"Bu hərəkətlənmənin arxasında həm siyasi qüvvələr, həm də revanşist qiyafəli müxtəlif təxribatçılar dayanır. Görünür ki, bütün həyatını Azərbaycan və Türkiyə düşmənçiliyi üstündə quran Ermənistandakı revanşist müxalif dairələr, həmçinin qriqoryan kilsəsi Azərbaycanla sülh və Türkiyə ilə münasibətlərinin yaxşılaşdırılmasını həzm edə bilmirlər. Çünki onlar yaradıcılıq, yaşam, varlıq, mövcudluq idealarını, ancaq Azərbaycan ilə problem üzərində görürlər".

Politoloqun sözlərinə görə, indiki aksiyalar Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnməyəcək. "

"Nikol Paşinyan özü də bu aksiyalardan faydalanmağa və görüntü yaratmağa çalışır. Güya Paşinyan Ermənistanda baş verən çox ciddi aksiyalar fonunda Azərbaycanla sülhə gəlir. Reallıq ondan ibarətdir ki, qalib tərəf kimi regionda şərtləri diqqtə edən Azərbaycandır. Düşünürəm ki, bu aksiyaları Paşinyan yatıra biləcək. Paşinyan Ermənistanda kilsə üzərində tam nəzarəti əldə etmək istəyir. Buna görə də, hələ Baqrat Qalstanyanın nümunəsində keşlənin aksiyalarına ciddi müdaxilə etmir. Hesab edirəm ki, bu Paşinyanın kilsə üzərində nəzarətini bərpa etməklə nəticələnəcək".

 

 

Asiman Hafizqızı