NATO: Rusiya alyans üçün uzunmüddətli təhlükə yaradacaq

Bölmə: Siyasət › ,
Tarix: 19:56 17.05.2024

Rusiya Ukrayna münaqişəsi bitdikdən sonra NATO üçün təhlükə olaraq qalacaq. RİA Novosti xəbər verir ki, bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı Kristofer Kavoli deyib.

 

“İnanıram ki, Rusiya alyans üçün uzunmüddətli təhlükə yaradacaq. Önümüzdəki illərdə biz “böyük Rusiya problemi” ilə üzləşəcəyik”, – Kavoli bildirib.

 

O qeyd edib ki, Rusiya Ukraynadakı münaqişənin nəticəsindən asılı olmayaraq Şimali Atlantika Alyansı üçün təhlükə yaratmaqda davam edəcək. Ali Baş Komandan fikrini bildirdi ki, gələcəkdə Rusiya “eyni adamların idarə edəcəyi” böyük qüvvəni təmsil edəcək.

 

Kavoli xəbərdarlıq edib ki, Rusiya qarşıdakı illərdə qoşun sayını artırmağa diqqət yetirəcək və o, artıq belə planlarını açıqlayıb. Hərbçi əlavə edib ki, Rusiya hərbi istehsalını artırıb.

 

Bundan əvvəl NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen bildirib ki, Avropa ölkələri Rusiyadan gələn təhlükə səbəbindən zəifləyib və parçalanıb.