Azərbaycan və Ermənistan parlament sədrləri arasında danışıqlar olub-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 15:16 16.05.2024
Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan arasında qısa danışıqlar olub. Bu görüş Parlament sədrlərinin 6-cı Ümumdünya Konfransı çərçivəsində baş tutub. Onların əsas görüşünün bu axşam baş tutacağı bildirilir.
Baş tutacaq görüşlə bağlı "informator.az"a açıqlamasında politoloq Azad Məsiyev öz fikirlərini söyləyib. O, bildirib ki, hər iki dövlətin parlament hakimiyyəti, parlament görüşü dövlətlər arası dialoqun yaxşılaşdırılması üçün addımdır:
"Azərbaycan 44 günlük Vətən müharibəsində, eyni zamanda 1 günlük anti-terror əməliyyatı zamanı nəticəsi olaraq, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Təbii ki, Ermənistan və Azərbaycan arasında, sülhün əldə edilməsi üçün iki dövlət arasında müxtəlif strukturlarda görüşlər başlayıb və bu görüşlər müxtəlif sahələrdə davam edir. Bildiyimiz kimi tək dövlət başçılarının görüşləri olub. Eyni zamanda Xarici İşlər Nazirinin müxtəlif dövlətlərdə görüşləri baş tutdu. Baş nazirin müavinləri səviyyəsində də görüşlər və danışıqlar davam etməkdədir. Hər görüşdə qarşılıqlı anlaşma və müzakirə baş verir. Nəticə olmasa da belə əsas odur ki, münasibətlər qorunub saxlanılır, dialoqlar, danışıqlar davam edir. Eyni zamanda həm Ermənistan parlamentində, həm də Azərbaycan parlamentində rəyin formalaşdırılmasında, ilkin mənbələrdən düzgün informasiyalar alınmasında, parlament rəhbərlərinin görüşünün olması təqdirə layiq hesab olunur".
Politoloq Ermənistanı müstəqil bir dövlət hesab etmir:
"İstənilən sahələr, sturukturdlarda, istəyir xarici işlər naziri, dövlət başçıları, nazirlər kabinenti səviyyəsində, istərsə də parlament səviyyəsində görüşlər, iki dövlət arasında münasibətlərin yaxşılaşması doğrunda atılan addımlardır. Amma məsələ burasındadır ki, Ermənistan müstəqil bir dövlət deyil, xaricdən idarə olunan bir dövlətdir. Ermənistanın bütün sturukturları, istər dövlət başçıları, istər xarici işlər, parlament səviyyəsində rəhbərliyi, qərbin təsiri dairəsindədir. Qərbdən gələn təkliflər, fikirlər çərçivəsində davranılır. Təbii ki, iki dövlət arasında, Ermənistan müstəqil olmasa belə, açıq şəkildə Azərbaycan dövlətinin mövqeyinin Ermənistana rəhbərlik edən qurumların rəhbəri açıq şəkildə məlumatlandırılır. Nəticədə Azərbaycanın mövqeyi onlara çatdırılır. Azərbaycan parlamentinin rəhbərlərinində görüşü Azərbaycan dövlətinin, Azərbaycanın qanunvericilik hakimiyyətinin bir qolu olan, parlament hakimiyyətinin rəhbərliyini və deputatların mövqeyini Azərbaycan parlamenti, Ermənistan həmkarına çatdıracaq".
Azad Məsiyevin fikrincə, Ermənistan-Azərbaycan münasibətlərinin müsbət istiqamətə doğru olacaq:
"Ermənistan-Azərbaycan münasibətlərinin sülh sazişinin əldə edilməsi üçün parlamentlər səviyyəsində də dialoqun aparılması, o cümlədən xalq diplomatiyasının gələcəkdə baş tutacağına ümid edirəm. Bu danışıqlar irəliyə doğru atılan addımlar olacaq".
Aysel Ağakərimova