"İmtahanın çoxluğu şagirdlərdə dərsə qarşı həvəsi öldürür"-Aynur İsmayılova

Bölmə: Sosial › ,
Tarix: 13:14 20.05.2024

18-19 may tarixlərində 4 və 6-cı siniflər üçün monitorinqlər keçirilib. Bəs azyaşlı uşaqlar üçün keçirilən bu imtahanlar onlara psixoloji təsir göstərirmi?

 

 

"İndiki dövrdə şagirdlərin ötən ildəki şagirdlərə nisbətən daha həvəssiz olmasına səbəb imtahan məsuliyyətinin çox olmasıdır". Bu sözləri "İnformator.az"-a açıqlamasında Ailə və Uşaq psixoloqu Aynur İsmayılova bildirib.

 

 

Psixoloq qeyd edir: "İstənilən halda "imtahan" sözü uşaq, yeniyetmə, böyük üçün məsuliyyət və qorxudur. 4 və 6-cı siniflərdə bu biliyin mənimsədilməsi ilə yanaşı şagirdlərdə müəyyən bacarıqlar formalaşmalıdır. İmtahanların bu yaşda keçirilməsi bir tərəfdən müsbət, digər tərəfdən isə mənfi haldır. Çünki şagirdlər bacarığı öyrənmək yerinə onlara tapşırılan müxtəlif tapşırıqların zəmnində onları düzgün yazmaq stresini yaşayırlar. Bəzən bu şagirdlərdə lazımsız stresə çevirilir. Eyni zamanda da bu 6-cı siniflərə aiddir. Onlar artıq yeniyetməliyə keçid dövrünü yaşayırlar. Bu dövrdə müşahidə edirik ki, dərslərə, ümumiyyətlə, həvəssizlik yaranır. Çünki yeniyetmələr hormonol çərçivədə özlərini güclü hiss etdikləri üçün belə monitorinqlərdən sonra, ümumiyyətlə, dərslərdən yayınırlar".

 

 

A.İsmayılova əlavə edir:
"Bir uşağın dərsə həvəssizliyi varsa, bu onun psixoloji problemidir. Bu ailənin uşağa yüklədiyi məsuliyyətlə əlaqəli ola bilər. Buraya "İmtahandan yaxşı keçməlisən" kimi sözlər, digərləri ilə övladlarını müqayisə etmək daxildir. Bunların hər birinin mənfi təsir uşaqlara psixoloji təsir göstərir".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.