“Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabın 2-ci cildinin ikinci hissəsi işıq üzü görüb
Bölmə: Sosial › ,Tarix: 21:05 20.05.2024
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər)” adlı kitabının 2-ci cildinin ikinci hissəsi işıq üzü görüb.
Kitabla bağlı öz fikirlərindən danışan Faiq Ələkbərli "İnformator.az"a açıqlamasında bildirib ki, bu kitab Azərbaycan- Türk fəlsəfə və ictimai fikir tarixinin XIX- XX əsrlərinə aid olub, 3 cilddə nəzərdə tutulub:
"Bu 2-ci cildin 2-ci kitabıdır. Kitabımızda Quzey Azərbaycan türk mütəfəkkirlərinin həm romantizim, həm də tənqidi- maarifçilik fəlsəfəsindən, eyni zamanda bu dövrdə xüsusilə Sovet Azərbaycanı dövründə yaşamış mütəfəkkirlərimizdən, onların elmi- fəlsəfi irsindən bəhs olunub.
Burada Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhət, Abdula Şaiq, Cəlil Məmməd Quluzadə, Mirzə Ələkbər Sabir, Ömər Xaliq Nemanzadə eyni zamanda Nəriman Nərimanov, Sultan Məcid Əfəndiyev, Ruhulla Axundov, Heydər Hüseynov, Ziyəddin Göyüşov və başqalarından bəhs edilib".
Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində əsas məqsəd istər Azərbaycan Respublikasında yaşayan, istərsə də Güney Azərbaycanda yaşayan yeni nəslə milli fəlsəfi fikir tariximizi, məhz digər yad ideyalardan uzaq tutub, milli idea çərçivəsində təqdim etməkdir:
"50- 60 milyonluq Azərbaycan xalqı, onun gənc nəsli məhz yeni milli ruhda, milli özünü dərk anlamında əsərlərimizi oxuyub, öyrənməlidir.
Eyni zamanda burada adını çəkdiyimiz mütəfəkkirlərimizə də məhz yeni aspektdən baxmağı bacarmalıdırlar.
Biz çalışırıq ki, həm milli fəlsəfi fikrimizi, həm mütəfəkkirlərimizi yad qəliblərdən- Sovet, Amerikan, İngilis və digər ideologiyalardan uzaq tutub, yalnız onları bütöv Azərbaycan ruhuna Türk xalqlarının ruhuna uyğun şəkildə çatdıraq. Həm Azərbaycanın bütövləşməsi, həm də Türk xalqlarının birliyi məhz bu anlamda mümkün olacaq".
Qeyd edək ki, kitab AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Nəşrin elmi redaktorları fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli və fəlsəfə doktoru, dosent Zeynəddin Şabanovdur. Əsərin çapına professor Sakit Hüseynov, qabaqcıl maarif xadimi, dosent Müstəqil Ağayev rəy veriblər.
Banuçiçək Kalbalıyeva
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.