"Süni intellektin rolunu heç nə əvəz edə bilməz"-Aydın Xan Əbilov
Bölmə: Sosial › ,Tarix: 21:33 20.05.2024
"Hazırda yeməklərin, hətta təbabətin özü belə süni intellektə arxalanıb. Bu icad müxtəlif yeniliklər ilə insan həyatını daha da asanlaşdırır". Bu sözləri "İnformator.az"-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
Həmsöhbətçimiz süni intellektin üstünlüklərini qeyd edir:
"Süni intellekt, sintetik zəka, robotlaşma XXI əsrin çağırışlarından irəli gələn texnologiya və tələblərdir. Hansı cəmiyyət intelektualdırsa, təhsilə, elmə, bilgiyə, araşdırmalara, texnologiyalara xüsusi diqqət yetirirsə, süni intellektlə yanaşı yaranan digər texnologiyalar həmin millətin, həmçinin, onlara məxsus olan dövlət və şirkətin inkişafına xidmət edir. Hansı millətlər intelektual cəhətdən zəifdir, inkişaf etməyib, başı müharibələrə qarışıb, dini, irqi, cinsəl xarakter olaraq insanlar arasında ayrı seçkilər edibsə, onlar, əlbəttə, süni intellekt, zəka kimi XXI əsrin, bəşəriyyətin ən üzdə olan, inqilabi yenilikləri özündə əks etdirən yeni texnologiyalardan bəhrələnə bilməz. Əlbəttə, istənilən yenilik, texnologiya özünün həm müsbət, həm də mənfi tərəfləri ilə bəşəriyyətə təsir göstərir. Biz bütövlükdə süni intellektin İQ ilə super bir texnologiya olmasını qeyd edə bilmərik. Amma müsbət tərəfi dəfələrlə daha çox olduğu üçün onu dəstəkləmək, üzərində cəmiyyəti inkişaf etdirmək vacibdir".
"Hazırda istifadə etdiyimiz paltaryuyandan, notbuka kimi və s. bunların hər biri süni intellektin, avtomatlaşmanın, robotlaşmanın xüsusiyyətlərini özündə ehtiva edir. Bunların yaradılmasında Qeyri-səlis məntiq nəzəriyyəsinin banisi olan Lütfi Zadənin nəzəriyyələrinin çox böyük rolu və təsiri olub. Amma texnologiyada süni intellekt ilə bağlı olan yeniliklər artıq illərlə inkişaf etmir, hər on ildən bir dəyişmir. Bəzən bir ayda, bəzən isə altı ay müddətində süni intellekt öz yenilikləri ilə bizi təəccübləndirir. O cümlədən, süni intellektin özü də dünyanın aparıcı şirkətlərinin istifadə etdiyi və hər gün yeniliklər ilə insanları heyrətləndirən bir texnologiyadır. İnsanların, əlbəttə, həm güzəranını rahatlaşdırmaq, həm də insanın özünə zaman ayırması və daha çox həyatın gözəlliklərindən zövq almaq üçün süni intellektin rolu önəmlidir. Onu isə heç nə əvəz edə bilməz".
Aydın Xan Əbilov əlavə edir:
"Təsəvvür edin, internet vasitəsilə biz evə gəlmədən öncə kondisioneri, elektrik çaydanını və yaxud istənilən digər texnologiyanı işə salıb əmr verə biliriksə, bunun arxasında süni intellekt, yeni texnologiyalar durur. Bunlar insan həyatını daha da asanlaşdırmaq üçündür. İnsanın digər məsələlərə vaxt ayırması, elmi və texnologiyanı inkişaf etdirmək üçün müxtəlif yeniliklər etməyə həvəsləndirir. Süni intellekt alternativ təhsil deməkdir. Süni intellekt həmişə yeniliklər ilə təmasda olub, özünün, ətrafdakıların, millətin, cəmiyyətin inkişafına xidmət etmək üçün bizə əvəzsiz imkanlar yaradır. Bu imkanlardan yararlanmaq üçün, sözsüz ki, bizim intellekt səviyyəmiz yüksək olmalıdır. Əgər intellekt səviyyəsi yüksək deyislə, nəinki, süni intellektdən, heç digər texnologiyalardan da normal istifadə edə bilmərik".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.