Qəzalar niyə artıb?
Bölmə: Sosial › ,Tarix: 22:57 20.05.2024
İctimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar yenə gündəmdədir. Bəzən belə qəzalara yararsız avtobuslar, ehtiyatsızlıq bəzən isə mənzil başına tez çatmaq üçün sürət həddinin aşılması səbəb olur. Bəs görəsən insanların həyatını təhlükəyə atan belə sürücülərə hansı formada nəzarət edilir?
Ani tormozlama, yaxud yerindən tərpənmə əslində avtobus sürücülərinin təlim mərkəzində öyrəndikləri və ya öyrənməli olduqları sürücülük vərdişləridir. Görünür, təlimdə öhdəsindən gəlsələr də, real təcrübədə bunu tətbiq etmək bəzi sürücülər üçün maraqlı gəlmir. Belə vəziyyətlərdən xəbər tutmaq üçün sərnişinin mərkəzə məlumat ötürməsinə ehtiyac var deyilir. Sürət həddini aşmağa qarşı isə müəyyən yollar tapılıb.
"AYNA"nın mətbuat katibi Tural Orucov bildirib ki, şəhərdaxili marşrut avtobuslarının bir çoxunda sürətməhdudlaşdırıcı quraşdırılıb:
"Bu da avtobusda sürətin müəyyən göstəricidən çox qalxmasına imkan vermir. Monitorinq Mərkəzi vasitəsilə real vaxt rejimində nəzarət edildiyindən nəqliyyat vasitəsinin yollarda təyin olunmuş sürət həddini aşdığı təqdirdə sürücüyə dərhal siqnal ötürülür".
Belə kobud qayda pozuntusuna yol verən sürücülər yol polisi tərəfindən aşkar edildikdə inzibati qaydada cərimə edildiyi bildirilir.
BŞDYPİ-nin baş inspektoru Araz Əsgərli qeyd edib ki, gün ərzində xidmət zamanı rastlaşdığımız müxtəlif çatışmamazlıqlarla bağlı da nəinki inzibati protokol tərtib etməklə sürücülər barəsində qanuni tətbir görmək eləcə də həmin sürücülərin təmsil etdiyi daşıyıcı fiziki və hüquqi şəxslərə də bu barədə məlumatlar təqdim etməklə xidmət səviyyəsinə xələl gətirən halların aradan qaldırılması üçün lazımi tədbirlər tərəfimizdən həyata keçirilir.
Qurumlar, sürücülərin ictimai nəqliyyatda yol verdikləri qayda pozuntuları ilə bağlı aidiyyatı üzrə Yerüstü Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə və yaxud yol polisinə məlumat verilməsini xahiş edir.
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.