"Vətəndaşlar bu qaydalara qarşı ehtiyatsızdırlar"-Elxan Şıxəliyev

Bölmə: Siyasət › ,
Tarix: 18:51 21.05.2024

2024-cü il 21 may tarixində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.

 

 

Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

 

 

1965-ci il təvəllüdlü Hacıyev Arzu Nəcəf oğlu keçmiş təmas xətti yaxınlığında, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən minaya düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

 

"Adətən, vətəndaşların minaya düşmə səbəbləri səhlənkarlıq nəticəsidir. Dövlət qurumları nə qədər xəbərdarlıq etsələr də, rayonlarda, xüsusən də keçmiş təmas xəttindəki rayonların təhlükəli zolaqlara daxil olurlar". Bu sözləri "İnformator.az"-a baş vermiş hadisə ilə bağlı açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

 

 

E.Şıxəliyev bildirir ki, vətəndaşlar mina əleyhinə qarşı yönəlmiş tədbirlərə baxmaraq ehtiyatsız davranırlar.

 

 

"İctimai qurum, təşkilatlar, həmçinin, mina resursları məlumatlandırmaları həyata keçirsələr də, vətəndaşlarımız qadağan olunmuş ərazilərə gizli yollarla səhlənkarlıq nəticəsində keçə bilirlər. Aydındır ki, minatəmizləmə qurumlarının 30 il müddətində minalanmış əraziləri təmizləyib bu prosesi başa çatdırması mümkün deyil. Ən çox minaları ermənilər o hədlərə basdırırdılar ki, həmin hədlərdə vətəndaşların bir çoxları düşünür ki, hərbçi, mühafizəçi yoxdursa, həmin ərazilərdə sərbəst gəzmək, heyvanları otarmaq olar. Halbuki Hüquq Mühafizə Orqanları maksimum çalışırlar ki, minaların məhvini həyata keçirsinlər".

 

 

Ekspert əlavə edir: "Görünür, nə dövlət qurumlarının gördüyü tədbirlər, xüsusilə, Hüquq Mühafizə Orqanlarının nəzarətində olan bölgələrdə, nə də məlumatlandırma nəticəsindəki insanlar həmin bölgələrə getməməlidir kimi addımlara nail olmaq olur. Ona görə də dövlət qurumları rəsmi olaraq bütün ərazilərin minalardan təmizlənməsi hesabatını verməyənə qədər heç bir kəs icazəsiz olaraq bu bölgələrə getməməlidir. İcazə olanlar isə elə marşrutlarla hərəkət edirlər ki, artıq həmin ərazilərdə təhlükəsizlik qarantinə alınıb. Bu səbəbdən düşünürəm ki, işin içərisindəki məsələ bu bölgələrdə təmas vəziyyətində yaşayan kəndlərin əhalisinin minaların vəziyyətini görməzdən gəlmələridir".

 

Çinarə Muradova