Bakı və London arasında təhsil sahəsində əməkdaşlıq müzakirə edilib -Ekspert RƏYİ

Bölmə: Sosial › ,
Tarix: 23:00 21.05.2024

Böyük Britaniyanın Lordlar Palatasında Azərbaycanla təhsil sahəsində əməkdaşlığa dair müzakirələr aparılıb.

 

Bunu Azərbaycanın Londondakı səfiri Elin Süleymanov deyib.

 

Eyni zamanda Azərbaycanın təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 19-22-də Londonda keçiriləcək Dünya Təhsil Forumunda iştirak etmək üçün Böyük Britaniyada işgüzar səfərdədir.

 

Bu barədə "informator.az"a açıqlamasında elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, hazırda Böyük Britaniya ali təhsil səviyyəsinə görə ilk yerlərdədir:

 

"Dünya reytinqində ilk onluqda Amerikadan sonra yer tutan məhz Böyük Britaniya universitetləridir. Bu əməkdaşlıq Azərbaycanda ali təhsilin, beynəlxalq reytinqinə çox müsbət təsir göstərəcək. Nəzərə alsaq ki, bu gün azərbaycanlı gənclərin, məhz dövlət proqramı çərçivəsində ən çox üz tutduqları ölkələr sırasında Böyük Britaniya ilk yerdə gəlir. Eyni zamanda Londonda kifayət qədər azərbaycanlı müxtəlif ixtisaslar üzrə ali təhsil alırlar.

 

Bakı və London arasındakı təhsil sahəsindəki əməkdaşlıq, Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsinə, xüsusilə maliyyə, mühasibat ixtisaslarına, idarə etmə ixtisaslarına uyğun kadrların hazırlanmasına öz töhvəsini verəcək".

 

Ekspertin sözlərinə görə, daha çox Avropa ölkərindən, Londonda təhsil almış gənclər rəqabətə davamlı və dayanıqlı iqtisadiyyatın formalaşmasına tövhə verə bilirlər:

 

"Xüsusən, məsələn: Beynəlxalq QS reytinqdə, elemetrik bazalarda Londonda həmçinin Böyük Britaniyada yerləşən universitetləri ilə bizim yaxından əlaqəmiz öz köməkliyini göstərə biləcək. Yəni bu gün həm Böyük Britaniya universitetlərinin beynəlxalq reytinqi, skopsda yerləri, QS'də yerləri, həmçinin müasir dövrün əmək bazarının tələblərinə və müasir standartlara cavab verən, kadr hazırlıq istiqamətində, biz onların təcrübələrindən istifadə etməliyik. 

 

Pandemiya dövründə, biz gördük ki, İngiltərə universitetləri mövcud vəziyyətə daha çevik reaksiya verdilər. Mən hesab edirəm ki, əməkdaşlıq Azərbaycanda ali təhsilin keyfiyyətinə, müxtəlif ixtisaslar üzrə kadr hazırlığına çox ciddi və müsbət təsir göstərəcək".

 

Aysel Ağakərimova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.