"Uğursuz insanı fərd özü yetişdirir"-Aytən Ələkbərova

Bölmə: Sosial › ,
Tarix: 17:14 22.05.2024

"Sosial şəbəkələrdən asılılıq şüurlu və şüursuz şəkildə özünü göstərir. Şüurlu şəkildə olan insanlar isə bundan müsbət tərəfdən istifadə edirlər". Bu sözləri "İnformator.az"-a sosial şəbəkələrdən asılılığın insan psixologiyasına təsiri ilə bağlı mövzuda açıqlamasında psixoloq Aytən Ələkbərova bildirib.

 

 

Psixoloq sosial şəbəkələrdən hədsiz şəkildə çox istifafənin yuxu rejimini pozmasını və bunun da insan həyatına mənfi təsir göstərdiyini qeyd edir: "Beyin proqramına uyğun olaraq psixologiyada bu hala "yönəliş" deyilir. İnsan özü özünü yönəldə bilir. Digər tərəfdən isə şüursuz şəkildə yaranan asılılıq daha çox gecə saatlarında baş verir. İnsanlar özləri də bilmədən "yuxum yoxdur" cümləsinin səbəbini tapa bilmirlər. "Yuxum yoxdur" cümləsinin səbəbi isə birbaşa axşam saatlarında serotonin hormonu ifraz olunmağa başlayır, həmin zaman insan yuxuya gedərsə, həmin hormonu qəbul edə bilər. Qəbul etmədikdə, məhz 23:00-dan sonra sosial şəbəkələrə artıq aludəçilik yaranırsa, gecə saatlarına kimi oyaq qalmaları və bu saatlarda yatmamaq isə birbaşa psixi durumun inkişafına təsir göstərir. Sonrakı gün insan gec saatlarda yuxudan oyanır, heç bir işin arxası ilə gedə bilmir".

 

 

Psixoloq bildirir ki, bu hal insanların uğursuzluğuna belə gətirib çıxarır:
"Uğursuz insanı yetişdirmək insanın özünün inkişafına təsir edən məqamlardan biridir. Sən gecə saatlarda oyaq qalıb da, sosial şəbəkələrə aludə oluğun halda sən öz həyatının qapılarını bağlamış olursan. İnsan şüurlu addım atdığı hər bir işdə uğur qazanır. Mütaliələr edə bilir. Bir planı olur. Bu planlamaya əsasən addım da ata bilir. 23:00-dan sonra insan telefonu əlinə alır, kompüter arxasında və yaxud işsiz insanların bir araya gəlməsi, bununla da bir neçə insanların yuxusuz vəziyyətdə onları izləməsi, istər hərənin bir replika atması onların aludə olmağını göstərir. Bu isə şüursuz addımdır. İnsanlar rutinlərini düzəltmək, serotonin hormonlarını qaldırmaq üçün normal yuxu yatmalıdırlar. Normal yuxunun da içərisində mənfi vərdişləri özlərindən uzaqlaşdırmalıdırlar. Təəssüflər ki, təsir altına düşməyə meyilli insanlar mütəxəssis köməyi olmadan bunları bacarmırlar".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.