"Tələbələrə tədris edilən bəzi fənlər gərəksizdir"-Elmin Nuri
Bölmə: Sosial › ,Tarix: 21:01 22.05.2024
"Universitetlərdə hər fakültənin tədris ilinin əvvəlində Elmi Şura tərəfindən təsdiqlənmiş tədris planı olur. Həmin tədris proqramını hazır edənlər düşünməlidir ki, bu tələbəyə nə dərəcədə vacibdir? İş dünyasında onun əlindən nə dərəcədə tutacaq? Bu sualları cavablandırsınlar, sonra tədris proqramı tərtib etməyə başlasınlar. Həmin proqram sırf bu suallara cavab veriləndən sonra hazırlanacaqsa, əmin olun, o zaman bu fənlər də yığışdırılacaq". Bu sözləri "İnformator.az"-a açıqlamasında təhsil üzrə ekspert Elmin Nuri deyib.
Ekspert universitetlərin tədris proqramı məsələsindən söz açır: "Universitetlərin müəyyən ixtisaslarında tədris olunan qeyri-ixtisas fənlərinə toxunmadan öncə universitetlərin özünün tədris proqramına toxunmaq lazımdır. Bizim universitetlərin bəzilərində müəyyən ixtisaslar üzrə tədris proqramının effektiv, faydalı, əmək bazarına uyarlığı nə dərəcədə yerindədir? kimi sualları əsas götürmək lazımdır. Bizdə problemlər ondan ibarətdir ki, müəyyən universitetlərin müəyyən ixtisaslarında tədris proqramı xeyli yararsızdır. Yararsız dedikdə biz onun istehsalatda, praktikada əlaqələndirilməsini nəzərdə tuturuq. Təbii ki, biz nəzəriyyəni tam yararsız adlandıra bilmərik. Hazırda XXI əsrdir. Təhsilin funksiyası dəyişir. Təhsil artıq şəxsiyönümlü bir mexanizmdir. Bu universitetə tələbə yetişdirdikdə onun üçün artıq növbəti mərhələlərin qapısı açılır. Bəs bunlar hansılardır? Təhsil orta məktəb dönəmində insanı şəxsiyyətyönümlü istiqamətdə formalaşdırır. Universitet auditoriyasına daxil edir. Universitet isə əmək bazarına müəyyən istiqamət, ixtisaslar üzrə kadr hazırlamalıdır. Təhsil proqramı isə buna söykənməlidir. Bu gün tədris proqramını hazırlayan şəxslər düşünməlidirlər ki, bu proqram əmək bazarına kadrı necə hazırlayacaq? Bu istiqamətdə uyğunsuz, artıq, tələbəni əmək bazarına, istehsal dünyasına, praktikaya hazırlıq üçün ona gərək olmayan fənlər keçirilir. Burada hansı fənlərin keçirildiyini söyləyə bilmərəm. Çünki bu müəyyən ixtisaslar ilə bağlıdır. Biz bunlardan danışsaq, öncə gərək universitetin üzərində dayanaq. Fakültələri isə götürdükdən sonra dərslərə diqqət yetirək. Sadəcə biz humanitaryönümlü ixtisaslarda oxumuşuq deyə söyləyə bilərik ki, tələbənin vaxtını alacaq sırf nəzəri aspektdən dəyərləndirilən, istehsal dünyasında heç bir keçərli olmayan fənlər keçirilir".
E.Nuri bəzi fənlərin ixtisasdan asılı olmayaraq mütləq tədris edilməsi lazım gəldiyini diqqətə çatdırır:
"Mən Azərbaycan dili, Azərbaycan tarixi fənlərinin universitet və ixtisasdan asılı olmayaraq bütün yerlərdə keçirilməsinin tərəfdarıyam. Bu fənlər tədris edilir və belə də olmalıdır. Bu hal milli dəyərlərin göstəricisidir. Bu gün Azərbaycan Respublikası vətəndaşı olan, hətta olmayan belə bu ölkənin universitetlərində təhsil alan hər bir vətəndaşın borcudur ki, Azərbaycan dili və Azərbaycan tarixi fənlərini ən azı bir semestr belə olsa, öyrənsin. Bu texniki, humanitar, sosial, mühəndislik ixtisaslarındada da olmalıdır. Hətta həmin ixtisasla bağlı əlavə fənlər də var. Qeyri-ixtisas fənlərini bir kənara qoysaq, həmin ixtisaslar ilə bağlı da lazımsız fənlər keçirilir. Bunu aradan qaldırmaq lazımdır".
Həmsöhbətçimiz qeyd edir ki, "məntiq" fənninin keçilməsi də labüddür. Çünki bu fənn insanın analitik düşünmə qabiliyyətini və təfəkkürünü inkişaf etdirir. Həmçinin, "məntiq" fənnindən əlavə E.Nuri ingilis dili və İnformasiya texnologiyaları kimi dərslərin də tədris edilməsinin vacibliyini bildirir:
"Məntiq" fənninə gəldikdə isə bu fənninə gəldikdə isə Azərbaycan dili və Azərbaycan tarixi fənləri ilə yanaşı bu fənn də tədris edilməlidir. Buraya üç predmet daxildir. Birincisi "məntiq" fənni, ikincisi ingilis dili, üçüncüsü isə İnformasiya texnologiyaları bacarıqlarıdır. Dünya bizdən bunu tələb edir. Əmək bazarının bunlara olan tələbatı gələcək illərdə daha da artacaq. Bu gün "məntiq" fənni istehsalatda bizim əlimizdən tutmaya bilər. Biz bu fənni dərindən mənimsəyib, buna fokuslanmışıqsa, sözügedən predmet insanın müəyyən bir göstəricisinə, analitik keyfiyyətinə, təfəkküretmə qabiliyyətinə çox ciddi təsir göstərir. Bu gün universitetlərimizin bütün ixtisaslarında "məntiq" fənni tədrid olunmalıdır. Bu fənn analitik təfəkkürüz situasiyaya görə qərar qəbuletməni, təxəyyül bacarıqlarını xeyli inkişaf etdirir".
Çinarə Muradova
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.