"Bu hallar uşaqların təhsilində çətinliklər yaradır"-Ekspertdən açıqlama

Bölmə: Sosial › ,
Tarix: 17:42 23.05.2024

Orta məktəblərdə birinci siniflərin rus bölməsində təhsil alması üçün müsahibə keçirilir. Bəs bu müsahibələr nə üçündür? Niyə məhz rus bölməsi?

 

"Rus bölməsində oxuyacaq şagirdlərin müsahibəyə cəlb edilməsinin səbəbi onların rus dilində danışıq səviyyəsinin, ilkin diaqnostikanın aparılmasıdır". Bu sözləri "İnformator.az"-a təhsil üzrə ekspert Cahid İmanlı deyib.

 

 

Ekspert qeyd edir:
"Bəzi ailələr Azərbaycan dilli olmasına baxmayaraq övladlarının rus bölməsində təhsil almasına şərait yaradırlar. Bu hal sonradan həmin uşaqların təhsilində çətinliklər yaradır. Belə halların qarşısını almaq, yəni azyaşlının, doğrudan da, rus dilində ilkin, sadə biliklərinin olmasını müəyyən etmək üçün müsahibə keçirmək zərurəti yaranır. Qeyd edim ki, rus bölməsində təhsil alan şagirdlər sonrakı təhsil pilləsində, yəni ümumi orta və tam orta təhsil pilləsində əksinə, ana dili ilə yanaşı, dövlət dilindən-Azərbaycan dilindən əlavə imtahan verirlər".

 

Çinarə Muradova



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.