Təhsilverənlərin diqqətinə!-Etik davranış qaydalarında yeniliklər

Bölmə: Sosial › ,
Tarix: 20:09 24.05.2024

Azərbaycanda təhsilverənlərə xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkmək, müəllimlərin şəxsi sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən, nüfuzunu aşağı salan audio və videomateriallar, təsvirlər paylaşmaq qadağan edilib.

Eyni zamanda təhsilverən ictimai davranış normalarına riayət etməli, cəmiyyətin və ayrı-ayrı fərdlərin hüquqlarının pozulmasına gətirən əməllərdən çəkinməli, təbiətin, tarixin və mədəni irsin qorunmasına həssas yanaşmalıdır.


"İnformator.az" xəbər verir ki, bu, yeni təsdiqlənən “Təhsilverənlərin etik davranış Qaydaları”nda öz əksini tapıb.

 

Məsələylə bağlı saytımıza açıqlama edən təhsil eksperti Cahid İmanlı bildirir ki, "Təhsilverənlərin Etik davranış Qaydaları"nı təsdiq edildiyi üçün  2014-cü ildən qüvvədə olan "Müəllimlərin etik davranış Qaydaları"  haqqında nazirliyin əvvəlki qərarı ləğv edilib.

 

" Yeni qərar əvvəlki etik davranış qaydalarının bir çoxunu təkrarlasa da , fərqli xüsusiyyətləri də var.

Qərarda  müəllimlərin geyim formasının məktəbin nizamnaməsinə uyğun olması, Üzrsüz hallar istisna olmaqla işdən yayınmaması, rəhbərliklə münasibətlərin qarşılıqlı əlaqəsi, məktəbdə rüşvət sayılacaq hədiyyələrin qəbul edilməməsi və s məsələlər öz əksini tapıb.


Ən önəmli, müəllimlərin daha çox marağına səbəb olan  məsələ isə məktəbin həyətində, yəni məktəbin bütün tədris-idman korpusları, yardımçı tikililər, həyətyanı sahəsi, təsərrüfat tikililəri daxil olmaqla müəllimlərə siqaret çəkməyin qadağan edilməsidir. Hər nə qədər ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilsə də, bu, bir çox insanın su, qida kimi təməl ehtiyacına çevrilib".

 


Ekspert mövcud qaydanın tətbiqi zamanı bəzi sualların yaranacağını qeyd edib:

 

"Bir çox müəllimlər və  məktəbin idarə heyəti günün əksər saatını məktəbdə keçirirlər. Onların arasındakı siqaret çəkən əməkdaşlar nə edəcəklər? Bu qərar hansı əlavə problemlər yaradacaq? Açığı maraqlıdır ki, bu qaydalar digər dövlət orqanlarında tətbiq edilirmi? Ümid edirəm ki, Elm və Təhsil Nazirliyi qərar zamanı digər analoji dövlət orqanlarında, məsələn səhiyyə, ədliyyə, maliyyə, bələdiyyə idarələrində və ya ali məktəblərdə bu qaydaların tətbiqinin nəticələrini araşdırıb".

 



Bəs şagirdlər üçün hansı qadağalar tətbiq olunmalıdır?



Cahid İmanlı bu barədə də fikirlərini qeyd edib:

 

" "Təhsilverənlərin etik davranışı" Qaydalarının tətbiqi ilə yanaşı, hazırda ən aktual, vacib məsələ şagirdlərin  davranış qaydaları haqqında ciddi,  tətbiq edilə bilən,  işlək mexanizmli qaydaların hazırlanmasıdır. Nə qədər absurd olsa da, müəllimlər barədə ə çoxlu tələb qoyulsa da, onların hüquqlarının müdafiəsi haqqında əslində heç bir iş görülmür. Çünkü şagird özbaşınalığı birbaşa müəllimlərin hüquqlarını pozur".

 

 

Nəzrin Mirzəyeva



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.