Dünyada artan infeksiya

Bölmə: Sosial › ,
Tarix: 21:36 24.05.2024

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünyada cinsi yolla keçən infeksiyaların (CYBH) kəskin artması ilə bağlı narahatlığını bildirib. 

Bunu təşkilatın baş direktoru Tedros Adhanom Gebreyesus bu barədə Cenevrədə keçirdiyi brifinqdə danışıb. 

 

Onun söylədiyi kimi, ÜST-nin yeni hesabatına görə, 2022-ci ildə sifilis infeksiyalarının sayı 1 milyon artaraq 8 milyona çatıb və 230 min nəfər ölüb: 

 

 

“Yeni məlumatlar göstərir ki, əksəriyyətində regionlarda cinsi yolla keçən xəstəliklərin sayı artır” deyən o, 2022-ci ildə 15-49 yaşlı insanlar arasında sifilisə yeni yoluxma hallarının təxminən bir milyon nəfər artaraq 8 milyona çatdığını və 230 min nəfərin öldüyünü bildirib. Xəstəliyin ən yüksək artımı Amerika və Afrikada qeydə alınıb”.

 

Cinsi yolla keçən bu xəstəliyin əsas əlamətləri nələrdir ?

 

Bu xəstəlikdən qorunmaq üçün hansı tədbirlər görülməldir ?

 

Xəstəliyin 1 il ərzində 1milyon artmasının səbəbi nələrdir ?

 

Bu xəstəliyin qonşu ölkələrə yaxud Azərbaycana gəlmə ehtimalı varmı?

 

 

Mövzu ilə bağlı suallarımızı TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin əməkdaşı Turan İbrahimova cavablandırıb. Turan xanım bildirir ki, sifilis insandan-insana əsasən cinsi yolla keçən yoluxucu zöhrəvi xətəlikdir:

 

“Xəstəliyə səbəb Treponema pallidum adlanan bakteriyalardır. Xəstəliyin əsas yoluxma yolu qorunmasız cinsi təmas olsa da, hemotoloji yolla və transplasentar yoluxma yolları da bildirilib. Xəstəliyin birincili dövründə başlanğıc simptomlar bakteriyaların bədənə daxil olduğu nahiyyədə 3-4 həftə sonra kənarları bərk, ağrısız, xorayabənzər bir yaranın meydana gəlməsidir. Bərk şankr adlandırılan bu yara ağrısız olsa da olduqca yoluxdurucudur. Şankr 2-6 həftə ərzində mövcud ola bilər.

Xəstəliyin ikincili dövründə şankr sorulduqdan sonra bədənin müxtəlif nahiyyələrində səpkilərin və qızarıqlıqların yaranması müşahidə olunur. Qaşıntısız olan səpkilər əsasən əlin ovuc səthi və ayaqaltı nahiyyədə görülür. Bu dövrdə xəstənin digər şəxsləri yoluxdurma qabiliyyəti çox yüksək olur. Həmçinin, xəstələrdə limfa düyünlərində böyümə, halsızlıq , bədən hərarətində yüksəlmə, çəki itirmə, oynaq ağrıları, saç tökülmə, baş ağrısı xəstəliyin əsas əlamətlərdəndir. 

Müalicə edilməyən xəstələrdə bundan sonra xəstəliyin gizli dövrü başlayır. Bu dövrdə klinik əlamətlər olmasa da diaqnostik testlər müsbət olur və yoluxan şəxslər xəstəliyi digər şəxslərə yoluxdura bilirlər”.

 

Müsahib qeyd edir ki, xəstəlik müalicə olunmasa xəstəliyin üçüncülü dövrü başlayır.

 

“Bu dövrdə müxtəlif nahiyələrdə çətin sağalan yaralara çevrilən şişlər, düyünlər (qummalar) yaranır ki, bu da çox ağır fəsadlarla nəticələnə bilər. 

Xəstəlik əsasən cinsi yolla yoluxduğuna görə xəstəlikdən qorunmanın ən effektiv yolu qorunmalı cinsi münasibətdir. Qeyd edək ki, xəstəliyi vaxtında aşkarlamaq məqsədilə ölkəmizdə bu istiqamətdə müxtəlif tədbirlər görülür. Xəstəlik etiotrop müalicəsi antibiotiklərin tətbiqidir.

Araşdırmalar nəticəsində bildirilir ki, cinsi yolla yoluxan infeksiyaların cinsi azlıqlar, damardaxili inyeksiya vasitələrindən istifadə edən şəxslər, seks işçiləri, həbsxanalarda və qapalı məkanlarda yaşayan insanlar arasında ümumi əhali ilə müqayisədə daha çox yayılır”.

 

 

Azər Abuşov



Bölmədən digər xəbərlər
Gənclər üçün təlimlər təşkil edildi-Özəl
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.