Abituriyentlər narahatdır...
Bölmə: Sosial › ,Tarix: 23:35 24.05.2024
Bu il abituriyentlər buraxılış imtahanlarında yüksək bal toplayıblar, amma bəzi abituriyentlər yığdıqları baldan yox, qəbul imtahanının çətinliyindən və ya balların qalxacağından narahatdır.
Bəs həqiqətən narahatlıqa əsas varmı ? DİM qəbul imtahanını daha çətin səviyyədə təşkil edə bilərmi ?
Mövzu ilə bağlı Elm və təhsil eksperti Rizvan Fikrətoğlu "informator.az"a açıqlamasında bildirib ki, faktiki olaraq, 11 illik buraxılış imtahanlarının nəticəsi yüksəkdir:
"Bu il təhsil tarixində rekord nəticə əldə olundu - imtahan iştirakçıları arasında 53 nəfər 300 bal toplayıb. Əvvəlki illərlə müqayisədə bu il buraxılış suallarının asan olması doğru faktdır. Buna səbəb həmçinin cari ilin abituriyentlərinin daha da hazırlığı olduğunu da göstərmək olar. Başqa bir səbəb isə sualların daha dəqiq, konkret, kurikulum metoduna uyğun tərtibidir. Nəticələrin keçən illə müqayisədə yaxşı olması, sözsüz ki, ümumi nəticələrə təsirsiz ötüşməyəcək. Lakin iki ali təhsil müəssisəsinin fəaliyyətə başlaması fonunda plan yerlərinin artırılması müəyyən qədər stabilliyə xidmət edəcək".
Ekspert əlavə olaraq abituriyentləri ixtisas seçimi zamanı maksimum diqqətli olmağa çağırıb:
"Bu il müsabiqə daha da məsuliyyətli olmağı, düzgün ixtisas seçimi aparmağı tələb edir. Düşünürəm ki, blok imtahanında da keçən illə müqayisədə nəticələr daha yaxşı olacaq. Çünki təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülür. İctimaiyyət arasında blok imtahanlarının çətin olması fikri birmənalı deyil. Amma bu ona da əsas vermir ki, abituriyentlər zəif hazırlaşmağa önəm versinlər. Əgər blok imtahanları asan olarsa, ixtisaslar üzrə ballarda xeyli artım müşahidə olunar ki, bu da tarazlığı pozur. Nəzərə almaq lazımdır ki, buraxılış imtahanlarının nəticəsi 3 fənnin attestat qiymətlərinə və kollecə qəbula əsas yaradır. Bu baxımdan buraxılış imtahanlarının asan olması gözləniləndir. Lakin universitetə qəbuldan danışırıqsa, burada ölçmə meyarı bir qədər çətin ola bilər. DİM-in may ayının 26-sı, 27-si və iyulun əvvəlində keçirəcəyi 1-ci, 2-ci, 3-cü və 4-cü ixtisas qrupları üzrə imtahanlarda müəyyən qədər çətin test tapşırıqları qaçınılmazdır. Düşünürəm ki, sualların çətinliyi baxımdan keçən ilki blok imtahanları ilə bu ilki blok imtahanları arasında oxşarlıq olacaq".
Vüqar ALIŞOV
Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin tələbəsi, Azərbaycan Gənclər Fondun maddi dəstəyi ilə keçirilən “İdeyanı Reallaşdır 2023” Fərdi Qrant Müsabiqəsinin qalibi Teymur Talışxanov tərəfindən “Miqrasiya Könüllüsü” İctimai Birliyinin, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin təşkilati dəstəyi və Bakı Dövlət Universtetinin Tələbə Gənclər Təşkilatının və “AzMUN” Proqramının tərəfdaşlığı ilə “Diplomats’ Union” layihəsi həyata keçirilib.