ABŞ ordusu Şimali Koreyanın ballistik raket buraxdığını təsdiqləyib
Bölmə: Siyasət › ,Tarix: 22:34 27.05.2024
ABŞ ordusu Şimali Koreyanın Yaponiyaya doğru ballistik raket atdığını təsdiqləyib.
Bu barədə ABŞ-ın Hind-Sakit Okean Komandanlığının bəyanatında deyilir.
“Bu buraxılış KXDR-in qitələrarası ballistik raket proqramı ilə birbaşa əlaqəli olan texnologiyaları əhatə edib”, - deyə məlumatda bildirilir.
Mayın 27-də Pxenyan Tokioya peyki mayın 27-dən iyunun 4-dək buraxmaq planları barədə xəbərdarlıq edib. Raket pillələrinin düşdüyü güman edilən ərazilər, KXDR-in qeyd etdiyi kimi, Yaponiyanın müstəsna iqtisadi zonasından kənardadır.
Qeyd edək ki, Yaponiya səlahiyyətliləri Şimali Koreyanın ballistik raket olduğu iddia edilən bir raket atdığını bildirib. Bunu Cənubi Koreya silahlı qüvvələrinin rəhbərliyi də bildirib.
Mənbə: Lenta.ru
Tərcümə etdi: Banuçiçək Kalbalıyeva