Ermənistan növbəti təxribatlara hazırlaşır?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 17:19 08.11.2024
"Otuz illik işğal tarixi bizim yaddaşımızdan silinmir və heç vaxt silinməməlidir. Hər an yeni təxribata biz hazır olmalıyıq və hazırıq".
Bu sözləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində deyib.
Bildiyimiz kimi II Qarabağ müharibəsindən 4 il keçir. Maraqlıdır, ermənilər niyə hələ də əməllərindən əl çəkmir?
Mövzunu "İnformator.az"a şərh edən politoloq Xəyal Bəşirov Prezdinetin daha öncəki fikirlərindən sitat gətirib:
"Prezindent İlham Əliyev işğal prosesinə son qoyduğumuz 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərə gedərkən bir neçə dəfə çıxışlarında bunu deyib: Biz ermənilərlə istəsək də, istməsək də hazırda qonşuyuq və biz onlarla qonşuluq şəraitində yaşamaq istəyirik. Amma biz heç vaxt Ermənistana rəhbərlik etmiş canilərə, cinayətkar ünsürlərə etibar edə bilmərik. Onlar həmişə xəyanət, düşmənçilik, arxadan zərbə vurmaq istəyində olublar. Bundan sonra da bizdə bir qaranti yoxdur ki, onlar bu xarekterlərini dəyişsinlər".
Politoloqun sözlərinə görə, İlham Əliyevin dediklərində çox ciddi əsaslar var:
"II Qarabağ müharibəsindən 4 il keçib, amma düşmən hələdə Azərbaycan-Ermənistan arasında sülhün əldə edilməsi üçün Ermənistan cəmiyyətini hazırlamıyıblar. Deməli, onlarda belə niyyət yoxdur. Eyni zamanda ATƏT-in Minsk qrupundan imtina etmək istəmirlər. Həm də Azərbayacana qarşı ərazi iddilarında vaz keçmək istəmirlər. Bütün bunlar bunu deməyə əsas verir ki, onlar Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməyiblər. Bu məqamda biz onlara necə inana bilərik? Onlar Azərbaycana qarşı növbəti təxribatlara hazırlaşırlar. Bu da bizi düşmənin istənilən zərbəsinin qarşısının mövqe qoymağa vadar edir. Məhz bu amillərə görə, Prezident həm Ermənistanın, həm də Ermənistana dəstək göstərən kənar qüvvələrin Fransa kimi ölkələrin, Cənubi Qafqaz və sülhə, sabitliyə, təhlükəsizliyə qarşı olan planları baxımından Azərbaycanın həmişə özünün güclənməli olduğunu , ərazi bütövlüyünü qorumağın vacibliyindən danışıb. Bu, Azərbaycan xalqının ürəyindən xəbər verən məqamlardır".
Kəmalə Vəliyeva