"Donald Trampın hakimiyyətə gəlməsi dünya üçün yeni siyasi proseslərin başlanğıcıdır"-Politoloqdan şərh
Bölmə: Siyasət › ,Tarix: 17:55 07.11.2024
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Birləşmiş Ştatlarının 47-ci prezidenti seçilib.
Bəs Donald Trampın hakimiyyəti dövründə ABŞ-nin siyasi maraqlarında hansı dəyişikliklər olacaq ?
Məsələ ilə bağlı "informator.az"a açıqlamasında politoloq Zaur Məmmədov bildirib ki, Donald Trampın prezident seçilməsi ABŞ-nin siyasi maraqlarında böyük dəyişikliklərin bünövrəsidir:
" Çünki ABŞ-də Respublikaçılar və Demokratların siyasi görüşləri fərqlidir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Ümumiyyətlə, son 5 ildə dünyadan baş verən siyasi proseslər getdikcə mürəkkəbləşir. Artıq bu proseslərin qarşısını almaq vaxtı gəlib. Məhz elə bununla bağlı Donald Tramp seçkiqabağı təşviqat kampaniyasıda dünyada baş verən müharibələrin sona çatacağını bildiririb.
Gözləntilər ondan ibarətdir ki, bu problemlər öz həll yolunu tapacaq",-deyə o deyib.
Politoloq Donald Trampın Rusiya-Ukrayna, Cənubi Qafqaz və o cümlədən Azərbaycana olan münasibətindən də danışıb:
"Donald Trampın Rusiya-Ukrayna müharibəsinə olan münasibəti Cozef Baydenə nisbətən fərqli ola bilər. Biz bunu tam olaraq irəliləyən aylarda görəcəyik. Azərbaycana olan münasibətinə gəldikdə isə Azərbaycan ABŞ-ilə olan diplomatik, siyasi əlaqələri tam qorumağa nail olacaq.
Cənubi Qafqazdakı proseslər isə son zamanlarda daha da gərginləşib. Ermənistanın militarizasiyası davam etməkdədir. Bu, əlbəttə ki, sülh prosesinə ziddir. Fikirimcə, Cənubi Qafqazla bağlı məsələlərə də ədalətli mövqedə yanaşılacaq ",-deyə o, fikrini yekunlaşdırıb.
Mayıl Soltanov