Limonlu su- faydaları nələrdir?

Tarix: 21:00 03.03.2025
Limonlu su, təzə limon suyu və suyun qarışdırılması ilə hazırlanan, təravətləndirici və sağlam bir içkidir.
Təbii ki, limon bizim həyatımızda böyük yer tutur. Limonun qabığınında istifadəsi normaldır. Qabığı rəndələyərək, xırda-xırda doğrayaraq çiy və ya suyla qəbul etmək olar.
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, 1 stəkan ilıq suda, 1/4 limonu həll etmək, səhərlər içmək və yaxud da istənilən zaman, yeməkdən 30 dəqiqə qabaq qəbul etmək düzgündür:
"Limonlu su immun sistemini gücləndirir, insanın əhval-ruhiyyəsini yüksəldir, həzm prosesini yaxşılaşdırır. Aclığın qarşısını alır, tox saxlayır. Bədəndəki, zərərli maddələri yox edir. İnsanların üz dərisinə effektiv təsir göstərir".
Həkim sözlərində qeyd edib ki, təzyiqi yüksək olan insanlara limon və limonlu su xeyirlidir:
"Qanı tənzimləyir. İnsanın vaxtından əvvəl qocalmasının qarşısını alır. Yeməkdən qabaq göy-göyərti, meyvələr, tərəvəzlər qəbul etmək məqsədə uyğundur".
Nigar Səmədli