Qırmızı planet haqqında bilmədiklərimiz

Tarix: 21:06 03.03.2025
Mars özünün fərqli pas rənginə görə uzun müddətdir ki, "qırmızı planet" adlanır. Alimlər Marsın fərqli rənginin mümkün mənbəyini aşkar edərək, ümumi bir nəzəriyyəni şübhə altına alıblar.
Yerə yaxınlığı və onlarla kosmik gəminin göndərilməsi sayəsində Mars Günəş sisteminin ən detallı planetlərindən birinə çevrilib. Orbital və yerüstü vasitələrdən əldə edilən məlumatlara görə, Marsın qırmızı rənginin planetin səthini örtən tozun tərkibindəki paslanmış dəmir minerallarından gəldiyini ortaya qoydu. Yeni bir araşdırma Marsdakı qırmızı rəngin əvvəllər düşünüldüyü kimi hematitdən deyil, soyuq suyun varlığında əmələ gələn ferrihidrit adlı mineralla əlaqəli ola biləcəyini ortaya çıxarıb. “Nature Communications” jurnalında dərc edilən araşdırma Marsın keçmişində suyun daha çox olduğunu göstərə bilər, həmçinin planetin yaşayış üçün yararlı olub-olmadığına dair yeni ipuçları verə bilər. Trace Gas Orbiter-in CaSSIS görüntüləmə sistemi Marsdakı toz hissəciklərinin ölçüsünü və tərkibini müəyyən edib. Tədqiqatçılar daha sonra laboratoriya mühitində Mars tozunun nüsxəsini çıxararaq müxtəlif növ dəmir oksidlərini araşdırdılar. Ferrihidrit və bazaltın bu qarışığının Mars tozuna ən yaxşı uyğun gələn tərkib olduğu müəyyən edilib. Bu tapıntılar Marsın su tərkibli mineral təbəqələrinin planetin səthində geniş yayıldığını göstərir. Marsın təxminən 3 milyard il əvvəl intensiv vulkanik fəaliyyətə şahid olduğu və bu prosesin buzları əritmiş, su və qaya qarşılıqlı təsirinə səbəb ola biləcəyi ifadə edilir. Gələcəkdə NASA və ESA-nın birgə Marsa Nümunə Qaytarma Proqramı çərçivəsində planetdən qaytarılan qaya və toz nümunələri Marsın su tarixi haqqında daha dəqiq məlumat verə bilər.
Mənbə: AirTürk Haber
Asiya Zeynallı