“Barcelona” yenidən La Liqanın zirvəsinə yüksəldi

Tarix: 21:48 03.03.2025
“Atletico Madrid” şənbə günü “Athletic Club” üzərində 1:0 hesablı qələbə qazandıqdan sonra turnir cədvəlində “Barcelona”nı qabaqlayıb.
Ancaq Hansi Flikin komandası üstünlüyünü asanlıqla bərpa etdi və ardıcıl altıncı qələbəsini qazanaraq çempionluq yarışında bir xallıq fərqi yenidən ələ keçirdi. Komandanın qollarını Jerard Martin, Mark Kasado, Ronald Araujo və Robert Levandovski vurdu.
Cədvəldə doqquzuncu pillədə qərarlaşan “Real Sociedad” 6 mart cümə axşamı Avropa Liqasının 1/8 finalında “Manchester United” ilə qarşılaşacaq. Noyabrda bu iki komanda üz-üzə gələn və “Sociedad” 1:0 hesabı ilə qalib gəlib.
Lakin bu dəfə onların işi “Estadi Olímpic Lluís Companys” stadionunda xeyli çətinləşdi. Müdafiəçi Arits Elustondo 17-ci dəqiqədə qapıya doğru irəliləyən Dani Olmonu yerə saldığı üçün birbaşa qırmızı vərəqə aldı.
“Barcelona” say üstünlüyündən cəmi səkkiz dəqiqə sonra yararlandı. Lamine Yamal cərimə meydançasında rəqibini keçərək Olmo ilə kombinasiyaya girdi və onun ötürməsi ilə cərimə meydançasının uzaq dirəyində dayanan Martin fərqləndi.
Dörd dəqiqə sonra yenə Olmo əsas fiqur oldu – onun cərimə meydançasının kənarından vurduğu zərbə Kasadodan dönərək qapıya daxil oldu. Bu qol həm Martin, həm də Kasado üçün “Barcelona” forması ilə ilk qol idi.
Ev sahibi komanda üçüncü qol üçün çox gözləməli olmadı. Pedri uzaq məsafədən zərbə endirib topu dirəyə vurduqdan cəmi bir dəqiqə sonra Rafinhanın içəri göndərdiyi künc zərbəsini Araujo başla qapıya yönəltdi.
Polşalı hücumçu Levandovski isə 60-cı dəqiqədə fərqləndi. O, Araujonun cərimə meydançasında endirdiyi zərbəyə ayağını toxundurdu və topu qapıçı Alex Remironun yanından qapıya göndərdi, bununla da “Barcelona”nın böyük hesablı qələbəsini rəsmiləşdirdi.
Mənbə: BBC Sport
Aytac Mustafayeva