Zeynep Sönmez karyera rekordunu qırdı

Bölmə: İdman › ,
Tarix: 21:53 03.03.2025

Türkiyə milli tennisçisi Zeynep Sönmez dünya reytinqində yüksəlməyə davam edir.

 

WTA-nın açıqladığı yenilənən dünya sıralamasına əsasən, Zeynep Sönmez karyerasının ən yüksək reytinqinə çatıb. 22 yaşlı idmançı, son siyahıda 146-cı pilləyə yüksələrək şəxsi rekordunu yeniləyib.

 

Zeynep Sönmez bu uğuru ilə Türkiyənin qadın tennisində yüksələn ulduzlardan biri olduğunu bir daha sübut edib. O, beynəlxalq turnirlərdə göstərdiyi uğurlu çıxışlarla reytinqdə irəliləməyə davam edir.

 

Tennisçi növbəti hədəfləri üçün hazırlıqlarını davam etdirir və daha yüksək sıralara çatmaq üçün mübarizəsini davam etdirir.

 

Mənbə: beinsports

Aytac Mustafayeva