"Qarabağ" səfərdə "Sumqayıt"a qalib gəldi

Tarix: 22:11 03.03.2025
Misli Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt" və "Qarabağ" komandaları üz-üzə gəliblər.
Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionunda keçirilən matçda hesabı görüşün 31-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Kadi Borges açıb. Bu qoldan sonra daha da fəallaşan "Qarabağ" qarşılaşmanın 38-ci dəqiqəsində "Sumqayıt"ın qapısına növbəti dəfə yol tapıb. Bu dəfə "Köhlən Atlar"ın 15 nömrəli futbolçusu Leandro Andrade fərqlənib. Matçın 2-ci hissəsində tərəflər hesabda dəyişiklik etməyə cəhd göstərsələr də, oyunda başqa qol vurulmayıb.
Bu qələbə ilə xallarının sayını 60-a yüksəldən "Qarabağ" Premyer Liqayə liderlik edir. Aktivində 22 xal olan "Sumqayıt" isə turnir cədvəlində 8-ci sıranın sahibidir.
Məmmədli Maarif