“Galatasaray” və “Fenerbahçe” PFDK-ya göndərildi

Bölmə: İdman › ,
Tarix: 22:23 04.03.2025

Türkiyə Futbol Federasiyasının (TFF) Hüquq Müşavirliyi Super Liqadan 3 klubu Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdi.

 

TFF-nin açıqlamasına görə, “Galatasaray”, “Fenerbahçe” və “Göztepe” klubları müxtəlif səbəblərə görə komitəyə göndərilib. “Galatasaray” klubunun rəsmisi Can Natan və “Fenerbahçe” klubunun rəsmisi Fethi Pekin, klublarının rəsmi internet saytlarında etdikləri açıqlamalara görə komitəyə göndərilən şəxslər arasında yer alıblar. “Eyüpspor” futbolçusu Caner Erkin və “Galatasaray” Futbol Komandasının qapıçı məşqçisi Yılmaz Yüksəl də müvəqqəti tədbirlərlə komitəyə göndərilib.


Bənövşə Zahidli

Mənbə: Haber Global