Samet Akaydın: Hər oyuna qalib gəlmək üçün çıxırıq!

Bölmə: İdman › ,
Tarix: 23:08 05.03.2025

“Rizespor”un müdafiəçisi Samet Akaydın, “Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Antalyaspor” oyunu da bizim üçün belə olacaq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Bunun üçün əlimizdən gələni edib, ən yaxşısını göstərməyə çalışacağıq” dedi.

 

Süper Liqanın 27-ci həftəsində səfərdə “Antalyaspor”un qonağı olacaq “Çaykur Rizespor” qarşılaşmanın hazırlıqlarına start verib. Mehmet Cengiz Tesisleri-də İlhan Palutun rəhbərliyi ilə keçirilən məşq isinmə hərəkətləri ilə başlayıb, taktiki çalışmayla başa çatıb. Məşqdən öncə “Çaykur Rizespor”un qış fasiləsində “Fenerbahçe”dən transfer etdiyi milli müdafiəçi Samet Akaydın jurnalistlərin suallarını cavablandırıb.

 

“Antalyaspor” qarşılaşmasından yaxşı nəticə almağı hədəflədiklərini bildirən Samet Akaydın, ““Antalyaspor” üçün ilk hazırlığımızı bu gün edəcəyik. “Antalyaspor”u daha yaxşı analiz edib, məşqlərimizə bu gündən başlayacağıq. Hər oyuna qalib gəlmək üçün çıxırıq. “Antalyaspor” oyunu da bizim üçün belə olacaq. Qələbə qazanmaq üçün meydana çıxacağıq. Bunun üçün əlimizdən gələni edib, ən yaxşısını göstərməyə çalışacağıq. İnşallah, seriyamıza davam edərik. Həqiqətən gözəl bir birlik və həmrəyliyimiz var. Komandada uyğunlaşma problemi yoxdur, hər şey çox yaxşıdır, dostluq əladır. Mən “Antalyaspor” qarşılaşmasından da yaxşı bir nəticə ilə ayrılacağımıza inanıram” deyə danışıb.

 

Rizedə yadlıq çəkmədiyini bildirən milli müdafiəçi Akaydın, “Mən bu bölgənin övladıyam. Yadlıq çəkmədim, ailəm nəticədə buradadır. Uzun müddətdir Qaradənizdə deyildim, amma burada doğulmuşam. Burada böyümüşəm, buraların insanlarının necə olduğunu bilirəm; inadkar, heç vaxt təslim olmayan, iddialı bir xasiyyətimiz olduğunun hər zaman fərqindəyəm. Mən də eləyəm. Meydanda hər zaman ən yaxşısını göstərməyə çalışıram. “Rizespor”da xoşbəxtəm, bəli. İkinci dəfə gəldim. Hazırda buradakı hədəfim “Rizespor”u ən yaxşı yerlərə daşımaqdır. Mövsüm sonuna bir il daha müqaviləm var, davam edir “Rizespor”da, amma bunu indi düşünmürük. Hədəfimiz bu dövrdə “Rizespor”u layiq olduğu ən yaxşı yerə gətirməkdir” dedi.

 

Milli komanda ilə bağlı suala cavab verən Samet Akaydın, “Milli komandada hələ də davam edən bir şeyim var. Bildiyiniz kimi, son Avropa çempionatında oynadıq. Yaxşı bir Avropa çempionatı keçirdik. Hədəflərim təbii ki, davam edir. “Rizespor”a gəlməyim milli komandadan imtina etdiyim və ya artıq milli komandaya gedə bilməyəcəyim mənasına gəlmir. Mən hər zaman deyirəm ki, harada olmağımdan asılı olmayaraq performansımı ən yaxşı şəkildə göstərib, ora layiq olduğumu sübut etmək istəyirəm. Burada da eyni şəkildə. Qarşıda 20 mart və 23 mart tarixlərində milli komandanın oyunu var, bilirsiniz. İnşallah, ora da gedəcəyəm, buna inanıram. Fiziki baxımdan çox yaxşı formadayam. Daha da yaxşı oluram. İndi oynayıram, oynadıqca daha da yaxşılaşacağam. Mənim də belə bir xüsusiyyətim var – oynadıqca daha da yaxşı oluram. İnşallah, milli komandamızda ölkəmizi təmsil etməyə davam edəcəyəm” deyə qiymətləndirmə verib.

 

Mənbə: Milliyət

Fatimə Abdulrəhimli