Van Persidən lağ etmək istəyən jurnalistə: “Həftəyə görüşərik”

Bölmə: İdman › ,
Tarix: 22:08 06.03.2025

Feyenoord-un baş məşqçisi Robin van Persie, PSV Eindhoven-ə 2:0 hesabı ilə məğlub olduqları matçdan sonra maraqlı bir hadisə yaşayıb.

 

Mətbuat konfransında bir jurnalist Van Persiyə zarafatla “Həftəyə burada olmayacaqsınız, elə deyilmi?”,-sualını verib.

 

Buna cavab olaraq Van Persie təbəssümlə “Həftəyə görüşərik”,- deyərək jurnalistə cavab verib.

 

Bu cavab zalda gülüşlə qarşılanıb və Van Persie-nin təmkinli və pozitiv yanaşması diqqət çəkib.

 

Mənbə: beinsports

Aytac Mustafayeva