Azərbaycan və Şimali Makedoniya prezidentləri görüşüblər

Tarix: 19:50 12.03.2025
Azərbaycan Prezidenti İlham Əliyevin martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova ilə lanç əsnasında geniş tərkibdə görüşü olub.
Mövzu ilə bağlı “informator.az”a açıqlamasında politoloq Elşad Həsənov bildirir ki, Şimali Makedoniyanın prezidenti Qordana Siljanovka-Davkova Azərbaycana rəsmi səfər edib və Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib:
“Görüşdə bildirilib ki, Azərbaycan dövləti 12 ölkəyə qaz ixrac edir. Onların 10-u Avropa İttifaqının (Aİ) üzvündə olan ölkələrdir. Azərbaycan dövləti Avropa İttifaqı ilə 3 il bundan qabaq tərəfdaşlıqları ilə bağlı saziş imzalayıb. Bu sazişə əsasən 10 ölkəyə qaz ixrac edib, təhlükəsizliklə təmin olunmalı idi. Keçən il Azərbaycan 25 milyard qaz ixrac edib. Zaman keçdikcə bu ixracatı daha da artıra bilərik. Görüş zamanı eyni zamanda prezidentimiz qeyd etdi ki, qısa müddətdə Şimali-Makedoniyanın prezidenti ilə artıq 2-ci dəfədir görüşürük və bizim görüşlərimiz siyasi arenada eyni zamanda iqtisadi sahələrdə daha da həyata keçməlidir. Həmçinin Şimali- Makedoniyanın prezidenti də öz çıxışında cənab prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Əlavə olaraq da qeyd edib ki, ölkələri olduqca kiçikdir, amma buna baxmayaraq Azərbaycanla əlaqələri gücləndirib gələcəkdə qaz almaq istəyirlər. Ona görə də bütün bu məsələlər geniş tərkibdə müzakirədə olunub. İki ölkə arasında yeni sahələr haqqında danışıqlar apaArılıb. Və bu məsələlərlə bağlı müəyyən sənədlər imzalanacaq və iki ölkə arasında ticarət dövriyəsi getdikcə artırılacaq”.
Aysel Mirzəyeva