Aliağa Petkimspor vəda etdi

Tarix: 22:19 26.03.2025
Basketbol Çempionlar Liqasının son 16 turunda dünən İtalyan rəqibi Pallacanestro Reggina ilə qarşılaşan Aliağa Petkimspor səfərdə 77-70 məğlub olaraq Avropaya vəda etdi.
Basketbol Çempionlar Liqasının bu mövsümündə 3 eliminasiya görüşü keçirdikdən sonra son 16 turuna qalmağı bacaran və “K” qrupunda mübarizə aparan İzmir təmsilçisi qrup mərhələsindəki oyunlarda məğlubiyyətlərin qarşısını ala bilmədi.
Qrupundakı İspaniya komandaları Baxı Manresa və Lenovo Tenerife, İtaliya təmsilçisi Pallacanestro Reggiana ilə mübarizə aparan Aliağa Petkimspor yalnız evində BAXI Manresaya qarşı qələbə qazana bildi.
Qrupunda 6 oyundan yalnız 1 qələbə əldə edən Aliağa Petkimspor qrup sonuncusu olaraq bu mövsüm Avropaya vəda etdi.
Mənbə: TRT Haber
Nigar Həsənzadə