"15 mərtəbəli bina hündürlüyündə Yerə yaxınlaşan asteroid”

Tarix: 10:49 04.04.2025
NASA Yerə çarpma ehtimalı səbəbilə qısa müddətli panikaya səbəb olan "2024 YR4" asteroidinin bir bina böyüklüyündə olduğunu açıqlayıb.
Webb Kosmik Teleskopu 2032-ci ildə Yerə çarpacağı ehtimal edilən asteroidin ətraflı görüntülərini əldə edib.
Keçən il kəşf edilən və ilkin hesablamalara görə Yerə çarpma ehtimalı 3 faiz olaraq müəyyən edilən bu asteroid qlobal miqyasda narahatlığa səbəb olub.
Lakin aparılan əlavə müşahidələr bu təhlükənin demək olar ki, sıfıra endiyini göstərdi. Buna baxmayaraq, asteroidin Aya çarpma ehtimalı böyükdür.
Hər dörd ildən bir Yerin yaxınlığından keçir
"NASA və Avropa Kosmik Agentliyi” ( ESA) vasitəsilə yayımlanan görüntülər asteroidin təxminən 60 metr diametrində olduğunu, yəni 15 mərtəbəli bir bina böyüklüyündə olduğunu göstərir.
Webb — indiyədək fəzaya göndərilən ən böyük və ən güclü teleskop olmasına baxmayaraq — bu asteroid onun müşahidə etdiyi ən kiçik cisim olub.
Johns Hopkins Universitetinin astronomu Endryu Rivkin, Webb tərəfindən aparılan müşahidələrin gələcəkdə Yerə təhlükə yarada biləcək asteroidlərin izlənməsi baxımından çox vacib bir sınaq olduğunu bildirib".
Mənbə: TRT Haber
Nuray Əliyeva