"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda dəyirmi masa keçirilib

Bölmə: Araşdırma › ,
Tarix: 09:38 21.12.2015

Dekabr ayının 19-da "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun təşkilatçılığı ilə “Azərbaycan gəncliyinin məruz qaldığı yad ideoloji təsirlər” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirilib. Tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açdı. O, bildirdi ki, rəhbərli etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. Müasir zamanda Azərbaycan gəncliyi müasir ingormasiya daşıyıcıları ilə müxtəlif idoloji təsirə  və eləcə də mədəni ekspansiyaya məruz qalmaqdadır. Bunun qarşısının alınması üçün maarifləndirici işin təşkili son dərəcə vacibdir.  Mövzu ilə bağlı çıxış edən AMEA Arxeologoya və Etnoqrafiya institutunun elmi işçisi, araşdırmaçı Pərviz Elay qeyd etdi ki, Azərbaycan istər Qərb, istərsə də bizə qonşu olan dövlətlərin ideoloji təsirlərinə mütəmadi olaraq məruz qalır. Bu təsirlərdə başlıca məqsəd isə ilk növbədə gəncləri ələ almaq, onları müəyyən axın və istiqamətlərə yönəldərək gələcəkdə fərqli məqsədlər üçün istifadə edə bilməkdir. Pərviz Elayın fikrincə, yalnız dövlət deyil, ziyalılar və eləcə də qeyri-hökumət təşkilatları bu təsirləri və zərərli ideoloji axınları maksimum dərəcədə zərərsizləşdirmək üçün ciddi şəkildə fəaliyyət göstərməlidirlər.  Daha sonra birliyin İdarə Heyətinin üzvü Ceyhun Bayramlı mövzu ilə bağlı “Oğuz ” MAQ-da hazırlanan slaydı təqdim etdi. Slaydda kommunizm, anarxizm, ateizm, eləcə də xristian missioner və İslamla əlaqələndirilən qeyri-ənənəvi cərəyanlar barədə məlumat verildi. Slayda təqdimatından sonra qonaqların da iştirakı ilə mövzu ilə bağlı fikir mübadiləsi aparıldı.  Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu qonaqlara bir daha təşəkkürünü bildirərək, yanvar ayında daha bir dəyirmi masa təşkil edəcəklərini bildirdi.