İsrail və Suriya birbaşa danışıqlar aparıb –FT

Bölmə: Siyasət › ,
Tarix: 11:13 28.05.2025

 

İsrail və Suriya bir neçə dəfə birbaşa danışıqlar aparıblar. Bu barədə Böyük Britaniyanın nüfuzlu nəşri Financial Times məlumat yayıb.

 

Mənbənin yazdığına görə, danışıqlar əsasən zorakılığın qarşısını almaq və İsrailin ələ keçirdiyi Suriyanın sərhədyanı ərazilərindən geri çəkilməsinə nail olmaq məqsədi daşıyır.Qeyd edək ki, daha əvvəl yayılan məlumatlarda tərəflərin Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə təmasda olduqları bildirilib.

 

Mövzu ilə bağlı konfliktoloq Elman Vəliyev “İnformator.az"a açıqlamasında bildirib ki,balans İsrailin xeyrinə dəyişib:

 

“İsrail və Amerikanın müdaxiləsi ilə Əsəd rejimi devrilib və Şaraa hökuməti hakimiyyətə gəlib.İkinci məsələyə gəldikdə isə xeyr , BƏƏ siyasətdə önəmli bir fiqur deyil. O, asılı və təsir dairəsi məhdud olan bir fiqurdur”.

 

Elman Vəliyev əlavə edib ki, Suriya, geri çəkilsin və ya çəkilməsin, artıq parçalanmış vəziyyətdədir:



 "Hakimiyyətdə olanlar isə sionizmin maraqlarına xidmət edən şəxslərdir. Əgər geri çəkilmə planlaşdırılırdısa, niyə bu ərazilər işğal edilib? Əgər həqiqətən geri çəkiləcəksə, bəs bu torpaqlar hansı güzəştlər qarşılığında geri qaytarılacaq? İsrail heç vaxt torpağı səbəbsiz yerə itirməz”.

Mahmudlu Ləman